Ana Vətən Partiyası Ali Məclisinin payız sessiyası keçirilmişdir-FOTO
23-11-2015, 16:56
Oxunub: 5 606
Bu gün Ana Vətən Partiyası Ali Məclisinin növbəti iclası keçirilmişdir. İclasda AVP-nin bu il keçirilən Parlament seçkilərində iştirakı geniş şəkildə müzakirə olunmuş, partiyanın 25 illik yubileyilə bağlı müraciəti qəbul edilmiş və təşkilati məsələlərə baxılmışdır
Partiyanın seçkilərdə iştirakı barədə məruzəçi kimi Təşkilat Şöbəsinin müdiri Azər Quluzadə çıxış etmişdir. O çıxışında AVP-nin seçkilər zamani irəli sürdüyü namizədlər, onların qeydiyyatı və seçkiqabağı fəaliyyətləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, partiya 125 seçki dairəsi üzrə ilkin olaraq 71 nəfərin namizədliyini irəli sürmüşdür. 01 sentyabr 2015-ci il tarixdə keçirilən Mərkəzi Şuranın iclasında daha şanslı olan 23 nəfərin namizədliyi üzərində dayanılmış, 12 nəfər səlahiyyətli nümayəndə seçilmiş və müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. Sonradan isə 3 nəfər AVP üzvü öz təşəbbüsü ilə namizədliyini irəli sürmüşdü. Beləliklə AVP seçkilərdə iştirakına 26 namizədlə start vermiş və 13 nəfəri 01 noyabr 2015-ci ildə keçirilən Milli Məclis seçkilərində deputatlığa namizəd kimi qeydiyyata alınmışdır.
Çıxışlarda qeyd olunmuşdur ki, seçkilər demokratik və şəffaf keçirilmiş, vətəndaşların öz iradələrini ifadə etmələri və namizədlərin hər birinə seçki kompaniyasını aparması üçün bərabər imkanlar yaradılmışdır.
İkinci məsələ kimi partiyanın Ümumi Şöbəsinin müdiri Həcər Məlikova AVP-nin 25 illik yubileyilə bağlı müraciəti Ali Məclis üzvlərinə təqdim etmişdir. Müraciət müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir.
Üçüncü məsələ kimi təşkilatı məsələlərə baxılmışdır. 3 nəfər Ali Məclis üzvünün səlahiyyətinə xitam verilmiş, 8 nəfər müstəqil olaraq Ali Məclisə müstəqil üzv kimi və 2 nəfər isə Mərkəzi Şura üzvülüyünə qəbul olunmuşdur.
Yekunda AVP sədri, millət vəkili Fəzail Ağamalı son sözlə çıxış etmişdir.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər