BolgeXeber.Com » Xəbərlər » Özünü yandıranın xanımı danışdı - “Ərim meyit daşıyır, maşın olmasa acından ölərik...”
Özünü yandıranın xanımı danışdı - “Ərim meyit daşıyır, maşın olmasa acından ölərik...”
23-11-2015, 19:17
Oxunub: 3 804
Bu gün “Muğanbank”ın qarşısında borca görə özünü yandıran Malik Hüseynovun həyat yoldaşı Aytən Hüseynova hadisə barədə danışıb
A. Hüseynova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həyat yoldaşı bank vasitəsilə “Hyundai” markalı maşın götürüb: “Bu vaxta kimi banka 9000 manat ödəmişik. Faizlə birgə 12 min manat borcumuz qalmışdı. Noyabrın 21-də uşaq qabaqda əyləşdiyi üçün polis maşını saxlayıb və cərimə yazıb. Polis müəyyən edib ki, bank maşını axtarışa verib. İki aydır ki, borc ödənilməyib. Maşını cərimə meydançasına aparıblar. Polis banka xəbər verib, bank da maşını aparıb. Məhkəmə qərarı olmadan bank maşını müsadirə edib. Yoldaşım banka müraciət etsə də, maşını qaytarmayıblar. Buna görə də zəng edib dedi ki, bezmişəm və özümü yandıracağam. O, bu maşınla meyit daşıyıb bizə baxırdı, maşın olmasa biz acından ölərik, 2 uşağımız var”.
Xanımının sözlərinə görə, maşın Muğanbankın filial müdiri Süleymanın (Soyadını dəqiqləşdirə bilmədik) adına keçirilib:"Ərim özünü yandırandan sonra bankdan zəng vurub dedilər ki, gəlin maşını aparın".
Qeyd edək ki, hazırda Malik Hüseynovun vəziyyəti orta ağırdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər