BolgeXeber.Com » Xəbərlər » Bakı Prokurorluğu son intihar hadisələri ilə bağlı açıqlama yaydı

Bakı Prokurorluğu son intihar hadisələri ilə bağlı açıqlama yaydı

23-11-2015, 20:19
Oxunub: 3 381 Bakı Prokurorluğu son intihar hadisələri ilə bağlı açıqlama yaydıHər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir

Bakı Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilmiş və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.