BolgeXeber.Com » Xəbərlər » “Azəryolservis”i kimlər idarə edir? – GİZLİNLƏR

“Azəryolservis”i kimlər idarə edir? – GİZLİNLƏR

24-11-2015, 12:59
Oxunub: 2 294 “Azəryolservis”i kimlər idarə edir? – GİZLİNLƏR"Azəryolservis” ASC qeyri-rəsmi olaraq nazirin qohumu tərəfindən idarə olunur

VİZUAL.az-a daxil olan məlumatda qeyd olunur ki, qurumda əsas söz sahibi kimi idarənin baş hüquqşunası Müşviq Məmmədovun adı keçir. Nəqliyyat naziri Ziya Məmmədovun əmisi nəvəsi olan M.Məmmədov qurumda əsas fiqurlardan biri hesab olunur.
M.Məmmədovun külli-miqdarda dövlət vəsaitini mənimsəməkdə rolunun olduğu iddia edilir. Dövlət pullarına görülə işlərin keyfiyyətsizliyi, smeta dəyərlərinin şişirdilərək rəsmiləşdirilməsi, o cümlədən tikinti materiallarının qiymətinin süni şəkildə artırılmasında da hüquqşünasın biliklərindən yüksək səviyyədə istifadə olunur.
Nazirin qohumu "Azəryolservis” ASC də Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi vəzifəsində çalışır. Servisdə yeni strukturların yaradılması adı ilə hər bir idarə müdirindən 3000-5000 min manat arası topladığı iddia olunur. Mənbə onu da əlavə edir ki, M.Məmmədov bütün bunları Ziya Məmmədovun xəbəri olmadan onun adından edir.
Cavid Qurbanovun Azəryolservisdən Dəmiryolu İdarəsinə rəhbər getməsindən sonra nazirin əmisi nəvəsi olan M.Məmmədovun Qurbanovun tərəfdarlarına qarşı sərt mövqe tutduğu da deyilir. İslahatlar və ixtisarlar adı ilə Azəryolservis ASC-dən 120 nəfərdən çox adamın işsiz qaldığı bildirilir ki, bunlar da əsasən Cavid Qurbanova yaxın adamların olmasıdır.
Azəryolservis ASC-nin rəhbərliyinə gətirilmiş Saleh Məmmədovun isə əslində, M.Məmmədovun göstərişlərini icra etdiyini iddia olunur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Jurnalist araşdırması davam edir.
Bolgexeber.com