BolgeXeber.Com » Xəbərlər » Xəzər Aslanovun "keşməkeşli" yüksəliş yolu - İddialar

Xəzər Aslanovun "keşməkeşli" yüksəliş yolu - İddialar

24-11-2015, 15:05
Oxunub: 6 012 Xəzər Aslanovun "keşməkeşli" yüksəliş yolu - İddialarXəzər Aslanovun sıralama vəzifələri dərc olunsa da təhsili haqqında heç bir məlumata rast gəlmədik

Aslanov Xəzər Qəşəm oğlu - Xızı Rayon İcra Hakimiyyətinin başçısı

Bu ad ölkə ictimaiyyətinə tanışdır. 17 yaşında əmək fəaliyyətinə südçülük savxozunda başlasa da, bir neçə aydan sonra hansısa gözəgörünməz qüvvə onu Bakı şəhər Məhkəməsində katib edir.
Sonra yüksək postları sıralamaqla yerindən sıçrayır. Nəhayət, 2006-cı il Yardımlı rayonuna başçı təyin olunur. Elə yardımlılar Xəzər bəylə çox maraqlı xatirələr danışırlar. Xəzər Aslanov rayonun birinci şəxsi olsa da məhz Yardımlıda bir ağsaqqalın tövsiyəsi ilə ali təhsil eşqinə düşür və ali təhsil ala bilməsə də özəl universitetlərin birindən diplom almağa müvəffəq olur. Bu barədə "Xeber.İNfo"ya Yardımlıdan bir müəllim danışıb.
"Xeber.İnfo" olaraq bu fakt maraqlı olduğu üçün araşdırmağı qərara aldıq. Xəzər Aslanovun sıralama vəzifələri dərc olunsa da təhsili haqqında heç bir məlumata rast gəlmədik.Lakin X.Aslanovun 17 yaşında məhkəmədə katib işləməsi daha çox maraq doğurur.
X.Aslanovun barəsində wikipediada xüsusi bölmədə yazılır:
"6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır.
1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləmiş, 1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1990-1992-ci illərdə "İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 1992-ci ildə "Fədai” kooperativinin sədri, 1992-1994-cü illərdə "Aslan R.Q” k/m-da kommersiya direktoru, 1994-cü ildə "ER-COMPANY LTD”-də mütəxəssis, 1994-2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2002-2003-cü illərdə "European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2003-2005-ci illərdə "European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2005-2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006-2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir".
Bolgexeber.com