BolgeXeber.Com » Xəbərlər » "Bu xəbərlər qətiyyən həqiqətəuyğun deyil"-"Azinko" Holdinqdən açıqlama

"Bu xəbərlər qətiyyən həqiqətəuyğun deyil"-"Azinko" Holdinqdən açıqlama

24-11-2015, 17:32
Oxunub: 2 455 "Bu xəbərlər qətiyyən həqiqətəuyğun deyil"-"Azinko" Holdinqdən açıqlama"Azinko” Holdinqdən son günlər bəzi media orqanlarında özünə yer alan xəbərə münasibət açıqlanıb

Holdinqin hüquqşünası Zaur Abbasov bildirib ki, 23 noyabrda bir sıra saytlarda “Kərəm Həsənovun deputat qardaşının işçıləri həbs edildi” başlıqlı məqalədə göstərilənlər yalan məlumatdır: “Holdinqdə guya Vergilər Nazirliyinin əməkdaşları tərəfindən yoxlamaların aparılması, şirkətin bir neçə əməkdaşının həbs olunması ilə bağlı xəbərlər tamamilə yalan böhtan xarakterlidir, həqiqətə uyğun deyil. “Azinko” Holdinqdə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən hər hansı yoxlama aparılmır, deməli, şirkətin hansısa məsul şəxsi, yaxud texniki işçisinin həbsilə bağlı heç bir orqanın qərarı mövcud deyil. Bu səbəbdən də göstərilənlərin yalan və böhtan olduğunu deməkdən başqa sözümüz yoxdur. Bu kimi mətnlərin dərc edilməsi kimlərinsə şirkəti nüfuzdan salması istiqamətində fəaliyyətinin tərkib hissəsidir. Biz bütün medianı Vergilər Nazirliyinin əlaqədar qurumları ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə dəvət edirik”.
Z.Abbasov qeyd edib ki, Holdinqin rəhbərliyi göstəriş verəcəyi təqdirdə Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq hüquqi addımlar atılacaq. Hüquqşünas onu da bildirib ki, yazıda adı çəkilən deputat Malik Həsənov “Azinko” Holdinqin rəhbəri deyil.