BolgeXeber.Com » Xəbərlər » “Muğanbank”dan özünü yandıran şəxslə bağlı açıqlama - Elə müştərimiz yoxdur

“Muğanbank”dan özünü yandıran şəxslə bağlı açıqlama - Elə müştərimiz yoxdur

24-11-2015, 18:03
Oxunub: 3 113 “Muğanbank”dan özünü yandıran şəxslə bağlı açıqlama - Elə müştərimiz yoxdur"Bank tərəfindən DYP–yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb”

“Muğanbank”ASC noyabrın 23-də Binəqədi filialının qarşısında banka olan borcunu ödəyə bilməyən Naxçıvan sakini Malik Hüseynovun özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb.
Bankdan Bolgexeber.com-a daxil olan məlumata görə, “Muğanbank”ın bu adda müştərisi yoxdur: “Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP–yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb”.