BolgeXeber.Com » Xəbərlər » Rusiyanın helikopteri də vuruldu – SON DƏQİQƏ(VİDEO)

Rusiyanın helikopteri də vuruldu – SON DƏQİQƏ(VİDEO)

24-11-2015, 19:40
Oxunub: 2 834 Rusiyanın helikopteri də vuruldu – SON DƏQİQƏ(VİDEO)Türkiyə-Suriya sərhədindəki türkman bölgəsində Rusiya helikopteri vurulub

“Doğan” agentliyi türkman bölgəsinə iki hava vasitəsinin yanaraq düşdüyünü bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə sərhədini keçən Rusiya hərbi təyyarəsi türk F-16-sı tərəfindən vurulub.

“Reuters”in xəbərinə görə, suriyalı üsyançılar Amerika istehsalı “Tow” raketləri ilə Rusiyanın helikopterini vurub. Helikopter Lazikiyedə rejimin nəzarətindəki bölgədə təcili eniş edib.Qeyd edək ki, helikopterin müxalifət qüvvələri tərəfindən tank əleyhinə raketlə vurulduğu bildirilmişdi. Ehtimal olunur ki, helikopter vurulan Su-24 təyyarəsinin pilotlarını axtarırmış.

Rus helikopterinin vurulma anını təqdim edirik:
Bolgexeber.com