BolgeXeber.Com » Xəbərlər » Jurnalistlərdən kimin nə qədər kredit borcu var? - Sorğu

Jurnalistlərdən kimin nə qədər kredit borcu var? - Sorğu

25-11-2015, 13:41
Oxunub: 3 624 Jurnalistlərdən kimin nə qədər kredit borcu var? - SorğuMərkəzi Bank 3 milyon yarımdan çox insanın banklara borclu olduğunu açıqlayıb

Bu, sayı təxminən 9 milyon 500 min olan əhalinin 26 faizdən çoxu deməkdir

Yəni Azərbaycanda hər 4 nəfərdən birinin kredit borcu var. Onların arasında media nümayəndələri də az deyil. Bolgexeber.combildirir ki,TİA.AZ bank krediti borcu olan jurnalistlər və redaktorlar arasında sorğu keçirib.

“Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü hesab edir ki, dini baxımdan banklardan kredit götürmək haramdır: “Çünki o qədər yüksək faizlə kredit verilir ki, bu, vətəndaşın probleminin həlliylə yox, onun daha da çətin vəziyyətə düşməsiylə nəticələnir.

Ancaq bəzən kiməsə ağız açmaqdansa, gedib kredit götürmək daha yaxşıdır. Belədə əziyyət özünə düşür, ancaq daxilən rahat olursan ki, başqasına borclu deyilsən, kimsəni incitmirsən, kimsə də sənin problemini bilmir, vaxtlı-vaxtında da ödənişini edirsən... Allah mərhəmətlidir, yəqin ki, bu günahlarımızdan keçər”.

“Axar.az” saytının redaktoru Pərviz Cəbrayıl şair Salam Sarvanın iki misrasıyla sorğunu cavablandırıb:
“Arzum yox, pulum yox, nəzir qutusu,
Mən nə niyyət tutum, nə salım sənə?”

“Yeni Müsavat” qəzetinin kriminal şöbəsinin müdiri Elşən Məmmədəliyevin sözlərinə görə, “Access” banka krediti var: “2500 dollar borcum var. Hələlik 4 ay ödəmişəm, qalanı dayanır. Vəziyyət xarabdır”.

“JAM.az”ın baş redaktoru Fikrət Fəraməzoğlunun həm ev, həm də idarə etdiyim avtomobil krediti var: “Toplam 12 min manata yaxın bir məbləğdir”.

“Cumhuriyyet.az” saytının baş redaktoru Nəsimi Şərəfxanlı iki banka üst-üstə 1340 manat borcludur: “980 manat “Bank of Baku”, 360 manat isə “Unibank”a kredit borcum qalıb”.

TİA.AZ-ın baş redaktoru Əlişir Əhədin “Əmrahbank”a 1200 manat kredit borcu qalıb.

“Yeni Müsavat”ın köşə yazarı Azər Rəşidoğlunun sözlərinə görə, dini inancı faizi və faizli krediti qadağan edir: “Ona görə heç bir kredit borcum yoxdur. Müəyyən yaxın şəxslərə borcum var, amma içində faiz olacaq heç bir işə qol qoymuram.

Bank gəlirə şərik olmalıdır, ziyan çəkdiyin zaman səndən əlavə pul tələb etməməlidir. Bu baxımdan, yalnız islam bankçılığına üstünlük verərdim, bu isə bizim ölkədə yoxdur”.

“Savash.org” saytının baş redaktoru Zülfüqar Savaşın 2 min manat kredit borcu qalıb: “Ev təmir etdirəndə götürmüşəm”.

“Gunxeber.com” saytının baş redaktoru Zabil Müqabiloğlu şükür edir ki banka borcu yoxdur: “Yaxşı ki, yoxdur. Borcdan, kreditdən qorxan adamam. Yəni böyük məbləğdə olan borcdan söhbət gedir. Buna görə də, çalışıram kreditdən istifadə etməyim. Arada olur telefonuma kreditlə kontur götürürəm”.

Jurnalist Emil Salamoğlunun isə “Beynəlxalq bank”a 7 il kredit borcu qalıb: “10 illik mənzil krediti götürmüşdüm. Artıq üç il geridə qalıb. Təqribən, 20 min manatdan yuxarı borcum var. Məşhur bir deyim var – sən bankı soymasan, bank səni soyacaq. Odur ki, Tanrı qapımızı açsın”.
Bolgexeber.com