BolgeXeber.Com » Xəbərlər » Bakcell vətəndaşlara necə kələk gəlir? – FAKT

Bakcell vətəndaşlara necə kələk gəlir? – FAKT

27-11-2015, 11:42
Oxunub: 2 637 Bakcell vətəndaşlara necə kələk gəlir? – FAKT“Bakcell” mobil operatoru haqda şikayətlər səngimir

Ölkənin aparıcı mobil operatorlarından biri barəsində kütləvi narazılıqlar var. Bu dəfəki şikayət məktubunda abunəçi üzləşdiyi problemlə bağlı yazıb: “Deməli mən nömrəni oktyabrın 16-da Bakcell-in Sumqayıt şəhərində yerləşən rəsmi dilerlərinin birindən almışam. Nömrəmi aldıqda mənə Abunə Müqaviləsi təqdim olunmadı. Dilerdəki satıcı şəxsiyyət vəsiqəmin kserkopiyasını çıxardıb özündə saxladı və bildirdi ki, bizim dilerdə müqavilə verilmir və nömrəni şəxsiyyət vəsiqəsinin kserkopiyası vasitəsilə ada otuzdururuq.
Mən bununla bağlı elə nömrəmi aldığım günü 555 məlumat mərkəzinə şikayət etdim ki, nömrəni elə indicə almışam və Abunə Müqaviləsi verilməyib. Vüqar adlı operator çox arxayınlıqla və soyuqqanlılıqla problemimə yanaşdı. Bildirdi ki, biz bunu qeydə ala bilmərik. Yaxşı olardı ki, siz bununla bağlı [email protected] elektron poçt ünvanına müraciət edin.
Şikayətçi qeyd edib: “Mən də şikayətimi [email protected] elektron poçt ünvanına bildirdim və 40 gündür ki, dilernən bağlı heç bir ölçü götürülməyib. Üstəlik, Bakcell-də Sumqayıt şəhərində internetin sürəti, 3G şəbəkəsi bərbad vəziyyətdədir. Bakcell-in mobil danışıq və mobil internet tarifləri də bazarda çox bahalıdır.
Məsələn: Bütün mobil operatorlarda danışığın 1 dəqiqəsi 4-5 qəpikdən baha olmadığı halda, Bakcell-də şəbəxarici zənglərin 1 dəqiqəsi 9-12 qəpik arasında dəyişir ki, buda digər mobil operatorlarla müqayisədə 2-3 dəfə bahadır.
Bütün mobil operatorlarda 1GB internet paketi 5 manat olduğu halda, Bakcell-də 1GB internet 7 manatdır. Nəzərə alsaq ki, mobil operatorlar arasında Bakcell-dən bərbad xidmət göstərən mobil operator yoxdur, o zaman tariflərin 3 dəfə baha olması da əsassızdır”. Şirkətlə bağlı şikayətlərin sayı və həcmi çox olduğu üçün ardını növbəti dəfə təqdim edəcəyik. (vizual.az)