Nardaran qeydiyyatında olmayanlar qəsəbəyə buraxılmır
28-11-2015, 10:40
Oxunub: 3 426
Nardaran qəsəbəsində vəziyyət dəyişməz olaraq qalır
Qəsəbənin giriş və çıxışı yenə ciddi nəzarətdədir.
Bolgexeber.com trend-ə istinadən məlumatına görə, gecə saatlarından başlayaraq artıq yalnız qəsəbəyə daxil olan avtomobillər deyil, nəqliyyat vasitələrindəki sərnişinlərin sənədləri də yoxlanılır.
Həmçinin Nardaranda qeydiyyatda olmayan şəxslərin avtomobillərinin qəsəbəyə girişinə icazə verilmir.
Qəsəbədə elektrik enerjisi hələ də bərpa edilməyib. Xatırladaq ki, abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi ötən gündən dayandırılıb.
Kənd sakinləri hələ də meydanı tərk etməyiblər, tonqal yandıraraq ətrafına yığışıblar.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib ki, hazırda meyitlər ekspertizadadır: "Hazırda istintaq aparılır. Meyitlərin noyabrın 28-də qaytarılacağı deyilib. Məsələni şişirtməyə ehtiyac yoxdur. Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib".
N.Kərimov qeyd edib ki, heç kəs hadisələrin belə cərəyan etməsini istəməzdi: "Qarşıdurma zamanı həlak olmuş polislər də bizim qardaşlarımızdır. Hamımız azərbaycanlıyıq. Allah hamısına rəhmət eləsin! İstintaq gedir. İnanırıq ki, istintaqın yekununda günahkarlar öz cəzalarına çatacaqlar".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər