Elçin Behbudovu xanımı əvəzləyəcək...
30-11-2015, 15:43
Oxunub: 3 222
"İşgəncələrə Qarşı Azərbaycan Komitəsi fəaliyyətini dayandırmayacaq"
Bolgexeber.com xəbər verir ki, bu haqda modern.az saytına komitənin mərhum sədri Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova məlumat verib.
O qeyd edib ki, mərhumun qırx mərasimindən sonra komitənin fəaliyyəti bərpa olunacaq. Komitə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.
Onun sözlərinə görə, komitənin yeni sədri özü olacaq.
Qeyd edək ki, E.Behbudova buna qədər sədrin müavini vəzifəsində çalışıb.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) 2002-ci ildə tanınmış alimlər və hüquqşünaslar tərəfindən təsis olunub. 2005-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən təşkilatın məqsədi insan hüquqlarının müdafiəsini təşkil etmək, işgəncə qurbanlarını aşkar etmək, onları müəyyənləşdirdikdən sonra hüquqi yardım göstərək işgəncə verən güc strukturlarının əməkdaşlarını ifşa etmək, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Müdafiə Nazirliyinin tabeçiliyində olan müəssisələrini və orada saxlanılan şəxslərin vəziyyətini monitorinq etməkdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər