BolgeXeber.Com » Xəbərlər » Bərdə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında açıq rayon birinciliyi keçirildi
Bərdə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında açıq rayon birinciliyi keçirildi
30-11-2015, 19:57
Oxunub: 4 264
29 noyabr 2015-ci il tarixdə Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə cüdo üzrə 2000-2002-ci və 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir
Yarışda Respublikanın 7 şəhər və rayonlarından (Gəncə,Bərdə,Goranboy, Göyçay, Ağdam, Ucar, Yevlax - 10 komanda) 19 çəki dərəcəsində 179 idmançı qələbə uğrunda mübarizə aparmışdır.
Azərbaycan Respublikası Cüdo Federasiyasının Qarabağ reğionu üzrə təlimatçısı,Bərdə komandasının baş məşqçisi,idman ustalığına namizəd Şahin Əhmədov idmançıların yarışa hazır olması barədə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazova məruzə etdi.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq iştirakçıları salamladı.Sonra o,respublikamızda olimpiya idman növlərinin inkişafına göstərilən diqqət və qayğıdan,idmançılarımızın,xüsusilə cüdoçuların son illər beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərdən,reğionlarda perspektivli idmançıların yetişdirilməsindən danışaraq bu yarışda yeniyetmə cüdoçulara uğurlar arzuladı.
Gəncə UGİM-nin cüdo üzrə baş məşqçısi,Respublikanın əməkdar məşqçisi Ramiz Məmmədov və Göyçay rayon komandasının baş məşqçisi, idman ustalığına namizəd Soltanəli Məmmədov çıxış edərək ölkə rəhbərliyi tərəfindən idmana və idmançılara yaradılan münbit şəraitdən danışdılar və yarışın təşkilatçılarına minnətdarlıqlarını bildilər.
Gərgin mübarizə şəraitində keçən açıq birincilikdə komanda hesabında Bərdə komandası – I yeri,Gəncə komandası (məşqçi Hüseyn Allahverdiyev) – II yeri,Goranboy komandası isə III yeri tutmuşlar.
Öz çəki dərəcəsində I,II və III yerləri tutmuş idmançılar Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif olunmuşlar.
Bolgexeber.com






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər