BolgeXeber.Com » Xəbərlər » Rabitə Nazirliyində rəhbər işçilərə tarixsiz ərizələr yazdırılır

Rabitə Nazirliyində rəhbər işçilərə tarixsiz ərizələr yazdırılır

1-12-2015, 13:59
Oxunub: 3 250 Rabitə Nazirliyində rəhbər işçilərə tarixsiz ərizələr yazdırılırRabitə və Yüksək Texnologiyalar Nazirliyinin idarə və müəssisələrində ərizələr yazdırılır.


Bu barədə AFN.az-a məlumat verən bu strukturdakı mənbə bildirib ki, ərizələr rəhbər işçilərə vəzifədən azad olunmaları ilə bağlı yazdırılır: “Dünən mərkəzi aparatdan göstəriş gəldi ki, ərizələr yazılsın, amma tarix qoyulmasın. Göstəriş ATS-lərin, poçtların və bütün digər tabelikdə olan idarə-müəssisələrin rəhbərlərinə və onların müavinlərinə aiddir. Cameədə söylənənlərə görə, ərizələr yazılıb yığılır mərkəzi aparata. Orda saf-çürük edəcəklər ki, kimlər nazirlikdən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adamı kimi işdən çıxarılan yüksək vəzifəlilərin adamıdırsa onların əmrləri veriləcək, kimlər deyilsə vəzifələrində qalacaqlar. Üstəlik, söyləntilərə görə, bu seçim mütəxəssis və qeyri-mütəxəssislər arasında da ediləcək. Nazirlikdə tabeli qurumlarda xeyli sayda qeyri-peşəkar adamların uyğun olmadıqları vəzifələrdə çalışdığı bildirilir, bu prosesdə onların da təmizlənməsi gözlənilir. Lakin ən əsas məsələ “MTN işi”nə bağlı olub-olmayanların qurumdan kənarlaşdırılmasıdır”.
Mənbəmiz onu da bildirdi ki, bütün bu proseslər yeni birinci müavin gələndən sonra başlayıb. Xatırladaq ki, bir neçə gün öncə əvvəllər Heydər Əliyev Fondunda İşlər departamentinin direktpru vəzifəsində çalışan Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. O, həm də rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edir.

************
11:30
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və nazirliyin tabeliyindəki müəssisələrdə ciddi islahatlara start verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Rabitə və yüksək texnologiyalar naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Ramin Quluzadənin tapşırığına əsasən həyata keçirilən islahatlara uyğun olaraq, müraciətlərin diqqətlə baxılıb araşdırılması, reydlər təşkil olunması, vətəndaşlarla ünsiyyətin yüksək səviyyədə qurulması, xidmət mədəniyyətinin yüksəldilməsi, işə davamiyyətin artırılması və iş rejiminə ciddi riayət edilməsi, nizam-intizam tədbirlərinin, eləcə də mühafizənin gücləndirilməsi işlərinə başlanılıb.
Həmçinin yeni fikir və təkliflər dəstəklənməklə, rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əlavə tədbirlər də islahatların tərkib hissəsini təşkil edir.
İslahat tədbirlərinin icrasının təmin edilməsi, ümumilikdə görülən işlərin səmərəliliyinin yüksəldilməsi və nəzarətin artırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər verilib.
Bolgexeber.com