BolgeXeber.Com » Xəbərlər » GDU-da daha bir biabırçı olay

GDU-da daha bir biabırçı olay

2-12-2015, 10:59
Oxunub: 3 014 GDU-da daha bir biabırçı olayDekan müəllim və tələbələri dəhlizdə təhqir etdi, ara qarışdı; Validyenlər Təhsil Nazirliyinə yürüşə hazırlaşır

Gəncə Dövlət Universitetində (GDU) biabırçı olaylar artıq xroniki hal alıb. JAM.AZ xəbər verir ki, mütəmadi olaraq baş verən belə hadisələrin qarşısı alınmadığından, hər dəfəsində yeni-yeni boyutları ilə ortaya çıxır.

Qeyd edək ki, bu yaxınlarda GDU-nun fizika-riyaziyyat fakultəsinin dekanı İldırım Qasımov universitetin dəhlizində heç kimdən çəkinmədən bütün müəllim və tələbələri ağır formada təhqir edib. Bu barədəməlumat verən tələbələrin bildirdiyinə görə, təhqirlər o qədər ağır olub ki, az qala dekanı döyəcəkmişlər. Lakin araya müəllimlərin girməsi səbəbindən ortalıq yatışdırılıb. Amma məsələ bununla da bitməyib.

Məlumatda deyilir ki, baş verənlərdən xəbər tutan validyenlər səhəri günü GDU-ya gələrək, rektor Yusif Yusifovla görüşmək istəyiblər. Onlar İldırım Qasımovun hərəkətlərinə qiymət verilməsini və universitetdən qovulmasını tələb edirmişlər. Lakin Yusifov özünün əsas adamı olan sözügedən dekanla bağlı məsələ olduğundan valideynləri qəbul etməkdən imtina edib.

Daxil olan məlumatlarda vurğulanır ki, valideynlər onlara və uşaqlara edilən sayğısızlıqdan dolayı tələblərini Təhsil Nazirliyinə çatdırmaq qərarına gəliblər. Onların yaxın günlərdə Bakıya gələrək, nazirliyin qarşısına yürüş edəcəkləri bildirilir.

Qarşı tərəfi də dinləməfə hazırıq.
Bolgexeber.com