BolgeXeber.Com » Xəbərlər » Uşaq Nevroloji Xəstəxanasında soyğunçuluq – FAKTLAR

Uşaq Nevroloji Xəstəxanasında soyğunçuluq – FAKTLAR

2-12-2015, 13:28
Oxunub: 3 380 Uşaq Nevroloji Xəstəxanasında soyğunçuluq – FAKTLARUşaq Nevroloji Xəstəxanası soyğunçuluq yuvasına çevrilib

Bolgexeber.com bildirir ki,TİA.AZ-a verilən məlumata görə, tibb ocağında çalışan həkimlər əməkdaşlıq etdikləri özəl klinikalara müştəri cəlb edirlər. Uşaq Nevroloji Xəstəxanasında pasientə baxmayan Hippokrat andı içmiş peşə sahibləri yalnız özəl klinikalara xəstəni dəvət etməklə ona qayğı göstərirlər. Bu da ciddi şəkildə narazılığa səbəb olub və Səhiyyə Nazirliyinə şikayətlər edilib.
Baş həkimin yaratdığı bazar ab-habası səhiyyə ocağında həkimlərin özəl klinikalar üçün bu müəssisədən müştəri tapmaq meydanına çevrilib. Redaksiyamıza edilən şikayətlərdə deyilir ki, xəstəxanada həkimlərin rüşvət mexanizmi və soyğunçuluq prinsipləri özəl klinikalara xəstə daşımaqdan ibarətdir. Bu xəstəxanada heç bir xəstə pulsuz müalicə və müayinə edilmir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında müalicə və müayinənin pulsuz olduğunu bildirir.
Uşaq Nevroloji Xəstəxanasında bir sıra həkimlər var ki, onların növbəsinə yazılmaq üçün səhər saat 7.00-dan xəstəxanın qarşısını kəsdirmək tələb olunur. Uşaq Nevroloji Xəstəxanasında bir xəstə uşağın müayinəsi üçün özəl qiymətlər müəyyənləşdirilib. Həkimlərin əksəriyyəti 20-30 manat verilməyəcəyi təqdirdə xəstə uşağı müayinə etmir, müalicə resepti yazmır.
Xəstəxananın daxilində müayinə və müalicənin pulsuz və ya pulu olub-olmadığına dair heç bir yazılı elan yoxdur. Araşdırmalar göstərir ki, həkimlər müalicənin müddətini minimum bir il, əksər hallarda isə bir ildən də çox uzadırlar. Belə müalicəyə cəlb oluna xəstə uşaqların sayının minlərlədir.
Maraqlıdır ki, burada xəstələrə yazılan bəzi dərmanları Bakıdakı heç bir aptekdən tapmaq mümkün deyil, amma həmin perparatları Uşaq Nevroloji Xəstəxanasının yaxınlığında yerləşən əczaxanadan almaq olar. Bu, həkimlərlə həmin aptek arasında işbirliyinin olmasına şübhələr yaradır. Son illər Azərbaycanda 16 yaşadək uşaqlar arasında sinir sistemi xəstəliklərindən müalicə olunanların sayının kəskin şəkildə artdığı müşahidə olunur.
Qeyd edək ki, həm region əhalisi, həm də paytaxt sakinlərinin nevroloji xəstəliklərin müalicəsi məqsədilə müraciət etdikləri əsas tibb müəssisələri Bakıda yerləşir. İlkin araşdırmalar göstərib ki, uşaq əhalisi arasında ən çox müşahidə olunan nevroloji xəstəliklər müxtəlif etiologiyalı ensefalitlər və uşaq serebral iflicidir. Nevroloji xəstəliklərin uşaqlar arasında yayılmasının əsas səbəbləri isə doğuş travmaları, hamiləlik toksikozları, müxtəlif tipli erkən infeksion xəstəliklər, qan qohumluğunun olduğu bildirilir.
Son illər nevroloji xəstəliklərdən ölüm halları digər xəstəliklərdən ölüm hadisələri ilə müqayisədə irəliləməkdədir. Nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqların ən çox müalicə olunduğu səhiyyə müəssisəsi Bakıdakı Uşaq Nevrolloji Xəstəxanasıdır.
Burada apardığımız bir-iki günlük müşahidələr əsasında deyə bilərik ki, hər gün adı çəkilən tibb ocağına ölkənin müxtəlif regionlarınadan yüzlərlə xəstə uşaq gətirilir. Onların əksəriyyəti həkim resepti əsasında evdə müalicə olunur və mütəmadi olaraq müayinəyə çağırılır.