Baş leytenantı döydüyü deyilən rəis: “Uşaq deyiləm ki…”
3-12-2015, 22:07
Oxunub: 3 919
“İşə sərxoş gəlmişdi"
Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin rəisi Rafael Albabayev sahə müvəkkili Səməd Düsturovu döyməsi ilə bağlı iddialara münasibət bildirib.
Lent.az-a açıqlama verən polis polkovniki R.Albabayev bildirib ki, S.Düsturovun iddiaları əsassızdır: “O, iki aya yaxındır ki, bizim bölmədə çalışır. Həmin gün xidmətə gələndə sərxoş olduğu müəyyən edilib və xidmətdən kənarlaşdırılıb. Ona qarşı hər hansı kobudluq edilməyib. Mən uşaq deyiləm ki, polis zabitinə əl qaldırım… Sərxoş vəziyyətdə xidmətə gəldiyi üçün cəzalandırılıb və barəsində Daxili İşlər Nazirliyində müvafiq araşdırmalara başlanılıb. Bildiyimə görə, əvvəl işlədiyi yerlərdə də problemləri olub”.
Qeyd edək ki, bu gün qafqazinfo.az saytında 25-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, 1989-cu il təvəllüdlü Səməd Düsturovun rəisi tərəfindən döyülməsi və döyülməsi haqqında raport yazması barədə məlumat verilib.
O bildirib ki, noyabrın 26-da saat 00:30 radələrində 25-ci polis bölməsində bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər