“Azəristiliktəchizat”ın Nizami şöbəsi rüşvət yığır - İTTİHAM VAR
4-12-2015, 15:20
Oxunub: 3 643
Bakının Qara Qarayev prospekti 41-də yaşayan sakinlər havaların soyuması səbəbindən dəhşətli duruma düşüblər.
Bolgexeber.com jam.az-a istinadla xəbər verir ki, gecənin soyuğuna rəğmən, binalara istiliyin verilməməsi səbəbindən donmaq təhlükəsi ilə üz-üzə qalıblar. «Böyüklər yenə birtəhər özünü idarə edir. Körpəsi olanlar var, uşaqları soyuqdan necə qorumaq olar? Bunlarda insaf deyilən bir şey qalmayıb».
41 saylı binanın sakinləri ki, onların binalarına istiliyin verilməməsinə səbəb «Azəristiliktəhcizat» ASC-nin Nizami rayon şöbəsinin müdiri Vüqar adlı şəxsin vətəndaşlardan pul tələb etməsidir. «Vüqar adlı bu şəxs kimsəni saymır və şikayətlərə də məhəl qoymur. Camaata da deyib ki, əgər 3000 manat pul yığıb, ona verməsələr binaya bir qətrə də olsun isti su verməyəcək.
Bunu da belə əsaslandırıb ki, həmin pulun böyük qismi«Azəristiliktəhcizat»ın rəhbərinə çatır». Sakinlər qeyd edirlər ki, hər il təmirpulu adı altında ASC rəsmiləri camaatdan pul yığırlar. Yayda təmir işləri aparacaqlarını bəyan edən qurumun rəhbərliyi bu ad altında sakinlərdən yığdığı pulu hara xərclədiyi məlum deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər