Sahibkardan başçıya 150 minlik rüşvət - İttihamı
4-12-2015, 16:18
Oxunub: 3 952
Sahibkar Nadir Liftiyev Xətai rayon icra başçısına rüşvət verdiyini açıqlayıb
Bolgexeber.com AzMedia.info-ya istinadən xəbər verir ki, iş adamı tikintini başa çatdırmaq üçün bu addımı atdığını söyləyib.
Sahibkar iddia edib ki, Razim Məmmədova 150 min manat rüşvət verib.
Mehdi Hüseynov Ələkbər oğlu bildirib ki, o, bir müddət əvvəl rəhbərlik etdiyi səkkiz nəfərdən ibarət briqada ilə birlikdə əslən Lerikdən olan Liftiyev Nadir Bəbir oğluna məxsus ticarət obyektinin təmir işlərində çalışıb. İşlərin başa çatmasından artıq xeyli müddət keçsə də, Nadir Liftiyev işçilərə yaranmış 3680 manat məbləğində borcu ödəmək istəmir. Həm də özünə haqq qazandırmaq üçün bu sahibkar olduqca maraqlı dəlillər gətirir.
Mehdi Hüseynov bildirib ki, işlədikləri obyekt paytaxtın Babək prospektində (Daxili Qoşunlar hərbi hissəsinin yaxınlığında) yerləşir.
Şikayətçinin sözlərinə görə, ona məlum olmayan səbəblərdən obyektdə gedən təmir-tikinti işləri müxtəlif vaxtlarda iki dəfə Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dayandırılıb, lakin sonradan davam etdirilib.
İndi isə işçilərin pulunu vermək istəməyən Nadir Liftiyev belə bir iddia irəli sürür ki, Razim Məmmədova 150 min manat məbləğində rüşvət verib. Və məhz bu səbəbdən də onun indi işçilərə verməyə pulu qalmayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər