BolgeXeber.Com » Xəbərlər » 9-cu sinif şagirdi intihar etdi - Sabirabadda-VİDEO

9-cu sinif şagirdi intihar etdi - Sabirabadda-VİDEO

4-12-2015, 16:39
Oxunub: 3 000 9-cu sinif şagirdi intihar etdi - Sabirabadda-VİDEOSabirabad rayonunda intihar hadisəsi baş verib

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ahısxa kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Rahilə Əlicanova bitki dərmanı içərək intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, R.Əlicanova 9-cu sinif şagirdi imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.