BolgeXeber.Com » Xəbərlər » “Günəşli” neft yatağında güclü yanğın- Neftçilər təxliyə olunur(FOTO)

“Günəşli” neft yatağında güclü yanğın- Neftçilər təxliyə olunur(FOTO)

4-12-2015, 22:31
Oxunub: 4 217 “Günəşli” neft yatağında güclü yanğın- Neftçilər təxliyə olunur(FOTO)“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub

Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir.

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib.

Bolgexeber.com SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.

Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

20:05

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.

Bolgexeber.com Virtualaz.orq-a istinadən xəbər verir ki, yanğın yatağın 10-cu platformasında başlayıb.

SOCAR-dakı mənbələrdən verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Son məlumata görə, platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.
“Günəşli” neft yatağında güclü yanğın- Neftçilər təxliyə olunur(FOTO)
“Günəşli” neft yatağında güclü yanğın- Neftçilər təxliyə olunur(FOTO)