Azərbaycanda matəm elan olundu
6-12-2015, 13:54
Oxunub: 4 177
Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub
Bolgexeber.com-un xəbərinə görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev qərar verib.
Qərara əsasən, 6 dekabr 2015-cı il mətəm günü elan edilib. Respublika ərazisində və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endirilib, əyləncə xarakterli tədbirlər təxirə salınıb, radio və televiziyalara, habelə digər media orqanlarına şou tipli verilişlərə yer verməmək tövsiyə olunub.
Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.
Hazırda itkin düşənlərlə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər