Səhiyyə nazirliyinin işçisi həkimə 26 min dollar pul "atdı" -FOTO
7-12-2015, 13:59
Oxunub: 3 257
Travmatoloq Hidayət Ələsgərov Azerbaycaninfo.az-a Səhiyyə nazirliyinin qaynar xətt şöbəsinin işçisi Abdiyev Daxil Zeynal oğlunun onun başına açdığı müsibətlərdən söhbət açıb
Şikayətçi Hidayət Ələsgərov bildirir ki, işə düzəlmək adı altında Abdiyev Daxil Zeynal oğlu və nazirliyin digər işçisi Əliyev Akif müxtəlif vaxtlarda külli miqdarda pul alaraq onaqarşı dələduzluq ediblər. Onun sözlərinə görə, 26 min dolları alan Səhiyyə Nazirliyinin işçisi onu nə işlə təmin edib, nə də pulunu qaytarıb.
Şikayətçi bildirir ki, hər dəfə pul alanda pulun nazirlikdə mühüm adamlara çatacağını bildirərək onu aldatmağa müyəssər olmuşdur. İndi işsiz qalan həkim iş axtarır. Baş vermiş qanun pozuntusuyla bağlı Səhiyyə nazirliyinin aidiyyatı qurumları məlumatlandırılmış, amma müsbət nəticə əldə olmamışdır. Dələduz fırıldağına məruz qalan həkim travmatoloq ölkə rəhbərliyindən kömək istəyir.
Həkimin dediyinə görə işlə bağlı döymədiyi qapı qalmayıb. "Təəssüflər olsun ki, mənim kimi Respublikada müalicə yolu ilə sümüyü uzadan ikinci bir həkim kimi az-az tapılar. Ancaq məni nə bir dinləyən, nə də ki, mənə kömək edən var. Ümidim yalnız ölkə prezidenti İlham Əliyevədir".
Bolgexeber.com

Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes