BolgeXeber.Com » Xəbərlər » Əsgəri gizir güllələyibmiş... Ordumuzun giziri ehtiyatsızlıqdan, yoxsa qəsdən öldürülüb?(VİDEO)
Əsgəri gizir güllələyibmiş... Ordumuzun giziri ehtiyatsızlıqdan, yoxsa qəsdən öldürülüb?(VİDEO)
7-12-2015, 17:18
Oxunub: 1 782
Əsgər Quliyev Adil Ağababa oğlu təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən vəfat edib
Müdafiə Nazirliyinin saytı bildirir ki, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.
Məlumatda o da vurğulanır ki, nazirliyin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
* * *12:53
Tovuz rayonunun Əlibəyli kəndində 5 ay xidmət etmiş Bakı sakini, 20 yaşlı Adil Quliyev hərbi hissədə vəfat edib.
Hərbi hissədən onun ehtiyatsızlıq üzündən öldüyünü bildiriblər. Yaxınları isə əsgərin öldürüldüyünü iddia edir.
Dekabrın 6-da valideynləri Adil Quliyevin cənazəsini Bakıya gətirib. Əsgərin cənazəsi hazırda Təzəpir məscidindədir.
"Azadlıq" radiosunun müxbiri məscidin qarşından xəbər verir ki, Adil Quliyevin yaxınları ilə Yasamal Rayon İcra Hakimiyyəti əməkdaşları arasında mübahisə olub. Əsgərin yaxınları Müdafiə Nazirliyinin onlarla maraqlanmadığını, övladlarının ölümü haqqında düz-əməlli məlumat verilmədiyini deyirlər.
Hələlik ekspert rəyi açıqlanmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hər hansı açıqlama verilməyib.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes