BolgeXeber.Com » Xəbərlər » Nazir Heydər Əsədovun xidməti maşını qəzaya düşdü-FOTO

Nazir Heydər Əsədovun xidməti maşını qəzaya düşdü-FOTO

7-12-2015, 18:48
Oxunub: 3 470 Nazir Heydər Əsədovun xidməti maşını qəzaya düşdü-FOTOAzərbaycanda nazirin maşını qəzaya düşüb

Hadisə Hökumət Evinin qarşısında qeydə alınıb. "BMW "markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın “Chery Tiggo” markalı, 99 GJ 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

APA-nın əməkdaşı qəzaya düşən avtomobillərin fotosunu da çəkib.

Qəzaya düşən "BMW" markalı, 10 AA 209 dövlət nömrə nişanlı maşın kənd təsərrüfatı naziri Heydər Əsədovun xidməti avtomobilidir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev faktı təsdiq edərək bildirib ki, hadisə baş verən vaxt nazir maşında olmayıb.

Qəza nəticəsində heç kim xəsarət almayıb, avtomobilə ziyan dəyib. M. Hacıyev yol polisinin hadisə ilə bağlı araşdırma apardığını da qeyd edib.