BolgeXeber.Com » Xəbərlər » Şuşanın icra başçısı obyektlərin satır – TƏFƏRRÜAT

Şuşanın icra başçısı obyektlərin satır – TƏFƏRRÜAT

8-12-2015, 12:30
Oxunub: 3 072 Şuşanın icra başçısı obyektlərin satır – TƏFƏRRÜAT“İstanbul” kafesi 2 milyon manata satışa qoyulub

Bir müddət öncə villa qalmaqalı ilə medianın gündəminə gələn Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. İcra başçısına yaxın şəxsin cumhuriyyet.az-a verdiyi məlumata görə B.Səfərov son günlər maddi problemlər yaşayır və bu səbəbdən bir neçə obyektini satmağa məcbur olub.

Məlumatlı şəxsin bildirdiyinə görə son vaxtlar ərzində Bayram Səfərov Nərimanov metrosu ərazisindəki bir neçə obyektini satışa çıxarıb və onların arasında artıq satılanları da var: “Nərimanov metrosu ətrafında B.Səfərova aid bir neçə iri obyektlər, kafe və restoranlar var. Bu obyektlərdən Nərimanov parkında yerləşən “Qala” restoranı və bu həndəvərdə olan “Kosmos” artıq satılıb. Gələn aydan, yəni yeni ilin əvvəıindən bu obyektləri yeni sahibi idarə edəcək. Nərimanov parkında yerləşən digər obyekt- “İstanbul” kafesi isə satışdadır”.

Mənbənin bildirdiyinə görə “İstanbul” kafesi 2 milyon manata satışa qoyulub: “Bu obyektdə üç nəfər şərikdir. Onlardan ikisi – B.Səfərov və “Qara Elman” adlı şəxs hərəsinə 1 milyon manat götürməklə obyektdən çəkilmək niyyətindədir”. Mənbəmiz digər obyektlərdə də icra başçısının “Qara Elman”la şərik olduğunu bildirdi.

Şuşa rayon icra hakimiyyətinin başçısının birdən birə obyektlərini satışa çıxarması heç şübhəsiz səbəbsiz deyil. Bununla bağlı cumhuriyyet.az olaraq öyrəndiyimiz məlumatlar müxtəlifdir. Belə ki, bir mənbədən daxil olan məlumata görə B.Səfərov ciddi maliyyə problemlemləri yaşayır və bu dolayısı ilə Beynəlxalq Bankda kredit qalmaqalı ilə bağlıdır.

Digər bir məlumatda isə B.Səfərovun yaxın vaxtlarda “vurulacağı” haqda məlumat alması və vəzifəsini itirdikdən sonra biznesini qoruyub saxlaya bilməyəcəyini düşünərək indidən daşinmaz əmlak kapitalını pula çevirdiyi deyilir.

Mövzunu təqib edəcəyik. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

cumhuriyyet.az