BolgeXeber.Com » Xəbərlər » Ana Vətən Partiyası Nərimanov rayon təşkilatının növbəti konfransı - FOTO

Ana Vətən Partiyası Nərimanov rayon təşkilatının növbəti konfransı - FOTO

8-12-2015, 13:31
Oxunub: 3 446 Ana Vətən Partiyası Nərimanov rayon təşkilatının növbəti konfransı - FOTOTəbrik məktubu yekdilliklə qəbul edilmişdir

05 dekabr 2015 ci il tarixdə Ana Vətən Partiyası Nərimanov rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Konfransda təşkilat komitəsinin hesabatı dinlənilmiş, rayon təşkilatının partiyanın 25 illik yubileyilə bağlı təbrik məktubu qəbul edilmiş və təşkilati məsələlərə baxılmışdır.

Bolgexeber.com xəbər verir ki, ilk olaraq AVP Təşkilati Məsələlər üzrə sədr müavini Elçin Ağamalı çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur.
İkinci məsələ kimi Nərimanov rayon təşkilatının üzvü İntiqam Əliyev AVP-nin 25 illik yubileyilə bağlı təbrik məktubunu konfrans iştirakçılarına təqdim etmişdir. Təbrik məktubu yekdilliklə qəbul edilmişdir.
Üçüncü məsələ kimi təşkilatı məsələlərə baxılmış, rayon təşkilatının Sədri, Müavinləri, NTK üzvləri, Rayon Qadınlar Şurasının və Gənclər Təşkilatının sədri, rayon məclisinin və şurasının üzvləri seçilmişdir.