Binəqədi belə abadlaşır?!-FOTOFAKT
9-12-2015, 11:21
Oxunub: 4 153
Binəqədi rayon İcra Hakimiyyəti uzun müddətdir “Təmiz Binəqədi” layihəsindən ağız dolusu danışır və rayonun inkişafını sübut etməyə çalışır
Bakıda və ayrı-ayrı bölgələrdə müxtəlif parkların salınması, abadlaşdırma aparıldığı danılmazdır. Bununla bağlı paytaxtda və müxtəlif rayonlarda daha çox iş görüldüyü iddia edilir.
Ancaq buna baxmayaraq bir çox ərazilərdə küçə və parklar hələ də bərbad vəziyyətdədir. Yaxud təmirdən bir müddət sonra yararsız vəziyyətə düşüb. Söhbət açmaq istədiyimiz məkan Binəqədi rayonu ərazisində, “Azadlıq” metrostansiyasının çıxışında yerləşən və bərbad vəziyyətdə olan parkdır. Parkın indiki vəziyyətini xüsusi isbat etməyə ehtiyac yoxdur. Necə deyərlər, görünən kəndə bələdçi nə gərək?..
Maraqlısı budur ki, məsələyə birbaşa cavabdeh olan yerli icra başçılarından tutmuş Bakı şəhər İcra Hakimiyyətinin başçısı rəhbəri Hacıbala Abutalıbova qədər bütün məmurlar hər yerin güllük, gülüstanlıq olduğunu iddia edirlər. Binəqədi rayon İcra Hakimiyyəti uzun müddətdir “Təmiz Binəqədi” layihəsindən ağız dolusu danışır və rayonun inkişafını sübut etməyə çalışır.
Ölkənin iki sütunsuz metro stansiyasından biri olan “Azadlıq prospekti”ndə çatlar əmələ gəldiyi yeni xəbər deyil. Açılışından iki ay sonra stansiyanın bir neçə yerindən yağış suları içəriyə sızmışdı. Bir neçə dəfə təmir olunsa da, çatlar yenə var və bu qabarıq şəkildə büruzə verir.
Bunun səbəblərindən biri kimi metro stansiyasının sütunsuz tikilməsi göstərilsə də, başqa bir səbəbi “Azadlıq prospekti”nin üstündə salınan parkdır. Çünki “Dərnəgül” metro stansiyası da sütunsuz tikilib. “Azadlıq prospekti”ndə olan problemlər burada görünmür.
“Azadlıq prospekti”nin çıxışındakı parkın ərazisində yerləşən hovuz və yaşıllıqda daimi olaraq su axır. Əslində vizuallıq baxımından göz oxşamalı olan hovuz və yaşıllıq metrostansiyada problemin genişlənməsinə şərait yaradır. Bundan başqa, “Azadlıq prospekti” stansiyasının üstündə yerləşən parkda anti-sanitar vəziyyət hökm sürür. Park insanların istirahət məkanıdır. Amma maraqlıdır, daşları qopan döşəmə, gecələri işıqsız, sökülüb-tökülən oturacaqlar bu vəziyyətdə kimə və nəyə lazımdır?!
Binəqədi rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov Modern.az saytına bildirib ki, əraziyə baxış keçiriləcək:
“Ehtiyac olarsa təmir-bərpa işlərinə başlayacağıq. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, parkın ərazisində yerləşən fontanlar birbaşa Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. Bununla bağlı yaranan hər hansı problem onlara bildirilməlidir”.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər