Əli Kərimlinin müavini 3 ay müddətinə həbs olundu
9-12-2015, 10:38
Oxunub: 3 864
Nəsimi Rayon Məhkəməsi Fuad Qəhrəmanlı barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib
F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Onu vəkil Fəxrəddin Mehdiyev müdafiə edib .
* * *22:17
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verib.
F.Qəhrəmanlı Nəsimi Rayon Məhkəməsinə aparılıb.
Məlumata görə, ona Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham irəli sürülüb.
* * *21:32
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Azadlıq” qəzetinə deyib ki, Fuad Qəhrəmanlı prokurorluqda şahid qismində dindirilir.
Onun hansı işlə bağlı dindirildiyi haqda isə mətbuat xidmətində hələlik məlumat yoxdur.
AXCP sədri Əli Kərimli isə facebookda F.Qəhrəmanlıya qarşı cinayət işinin açılması barədə məlumat paylaşıb.
* * *19:53
AXCP sədrinin müavini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb. Bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.
Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib. Bundan sonra o, rəsmi dəvət - çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.
Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlı göstərir və ondan heç bir xəbər yoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər