Sahibkarlığa Kömək Milli Fondundan şikayət VAR
10-12-2015, 13:26
Oxunub: 1 341
Şirvan şəhər sakini, “İlham” MMC adlı fermer təsərrüfatının sahibi Mikayılov İqbal Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevdən şikayətçidir
“Qafqazinfo”ya müraciət edən şikayətçi bildirir ki, fermer təsərrüfatını genişləndirmək üçün ona 75 min manat kredit lazım olduğu halda, bu məbləği ala bilmir: “Beş aydır ki, “Parabank” a kredit götürmək üçün müraciət etmişəm. Amma onlar məni get-gələ saldılar. Axırda da dedilər ki, Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyindən banka göstəriş gəlməsə, onlar kredit verə bilmirlər. Nəzərə alsaq ki, bu il ölkədə kənd təsərrüfatı ilidir. Bu sahəni inkişaf etdirilməsinin vacibliyini ölkə başçısı da dəfələrlə çıxışlarında vurğulayıb. Sahibkarlara süni əngəllər yaradılmaması barədə də tapşırıqlarını verib. İki ildir ki, heyvandarlıq sahəsi ilə məşğulam. Bilsəydim ki, başıma belə oyunlar gətircəklər heç işə başlamazdım.
Sahibkarlığa Kömək Milli Fondundan şikayət
Fond yalnız özünə yaxın olan iri ranqlı sahibkarlara yardım ayırır. Sadə, əli qabarlı adamlara isə 15 min manat yardım edir. Sonra da deyirlər ki, “sahibkarlara kömək edirik”. Mən sizin saytınız vasitəsilə ölkə başçısına müraciət edirəm ki, sahibkarlığın inkişafına mane yaradan bu adamlar haqda tədbir görəsiniz”.
Məsələ ilə bağlı adıçəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes