BolgeXeber.Com » Xəbərlər » Bu rayonun başçısı özünü əlahiddə hiss edir... - ŞİKAYƏT VAR

Bu rayonun başçısı özünü əlahiddə hiss edir... - ŞİKAYƏT VAR

11-12-2015, 11:37
Oxunub: 2 633 Bu rayonun başçısı özünü əlahiddə hiss edir... - ŞİKAYƏT VARKürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun adı son vaxtlar medianın güdəmini əməlli-başlı zəbt edib

Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən qəddar, ən tamahkar icra başçısı kimi adını yazdırıb.
Rayon sakinləri, o cümlədən idarə və müəssisə rəhbərləri heç vaxt indiki qədər zəlil duruma düşüməyiblər. Rayonda aparılan abadlıq quruculuq işlərinin xərci idarə müdirlərinin boynuna qoyulub. Buna etiraz edəcək öz ərizəsi ilə işdən çıxmaq istəyənlərə isə imkan verilmir. İcra başçısı belələrini keçmiş fəaliyyətlərini yoxlatdıracağı və onları həbsə atdıracağı ilə hədələyib. Bəzi müdirlərin banklara 50-100 min manat civarında borcu hələ də qalır. Hazırda da təşkilat rəhbərləri Ceyhun Cəfərovun əlindən cana yığılıblar. Bir müddət əvvəl bu dözülməz vəziyyətlə barışmayan Sukanal İdarəsinin rəisi Tariyel Kərimov sirkə turşusu içdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon Şöbəsinin müdiri işləmiş Gülağa Əsədovun icra başçısı ilə mübahisədən sonra halı pisləşmiş, bir az sonra o dünyasını dəyişmişdi. Bu ölüm hadisəsini həzm edə bilməyən Gülağa Əsədovun icra nümayəndəsi işləyən qardaşı Ceyhun Cəfərova müharibə elan edib. Lakin Kürdəmir Poçtamtının müdiri işləyən Əlimövsüm Ağayev Gülbala Əsədovun qardaşını sakitləşdirə bilib. Onu da qeyd edək ki, Əlimövsüm Ağayev RYTN-nin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun qudası Kürdəmirin rəhbəri Ceyhun Cəfərovun qohumudur.
Kürdəmirdə icra başçısının zülümündən əziyyət çəkənlərdən biri də Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinin rəisi Həmid Abbasovdur. O, Ceyhun Cəfərovun tələbi ilə tikinti-abadlıq işləri üçün banklardan və nə ayrı-ayrı şəxslərdən 100.000 manatdan çox pul alıb. Sonradan çıxılmaz vəziyyətə düşən idarə rəisi rayondan qaçmaq və Bakıda gizlənmək məcburiyyətində qalıb. Bu cür acınacaqlı faktların sayını bir qədər artırmaq da olar.
Faktinfo.az saytını məlumatlandıran mənbə hesab edir ki, hazırda Kürdəmirin rəhbəri Ceyhun Cəfərov rayon ƏSMM direktoru İlyas Mahmudovu gözüm çıxdıya salıb. İlyas Mahmudov tez-tez icra hakimiyyətinə çağrılır, ondan şikayət edildiyi diqqətinə çatdırılır. Ünvanlı sosial yardımların verilməsində narazılığın olduğu bu səbəblə prezident adminstrasiyasına olunan şikayətlər rayonun adı ilə bağlandığı Ceyhun Cəfərov tərəfindən İlyas Mahmudovun diqqətinə çatdırıldıqda demək olar İlyas Mahmudovun hər dəfə təzyiqi qalxır, o, qəbul etdiyi dərmanların hesabına müvazinətini saxlayır. Ünvanlı sosial yardımların verilməsində Kürdəmirdə həqiqətən də sui-istifadə hallarına dair məlumatlar saytımıza daxil olsa da bunu növbəti yazıya saxlayırıq.
Onu da qeyd edək ki, Kürdəmirdə tək icra başçısının özü deyil, onu işə götürdüyü kadrlar da əməlli-başlı “at” oynadır. Onlardan biri adını yuxarıda qeyd etdiyimiz poçtamptın rəisi Əlimövsüm Ağayevdir. Bu həmin Əlimövsüm Ağayevdir ki, vaxtilə Kapital Bankın rayon şöbəsinin rəisi işləyib və kredit saxtalaşdırılmasına görə işdən qovulub. İcra başçısı Rüfət adlı qohumunu rayon Telekommunikasiya Qovşağının rəisi təyin edib. Qeyd edək ki, Rüfət bundan əvvəl Tərtərdə də C.Cəfərovla birgə işləyib və oradakı “əməllərini” indi Kürdəmirdə də davam etdirir. Telekommunikasiya Qovşağında normal yoxlamalar aparılsa qeyd etdiyimiz fikirlərə şübhə yeri qalmaz.
İcra Hakimiyyətinin Ərazi İdarəetmə və bələdiyyələrlə iş şöbəsinin müdiri Elnur adlı şəxs də Ceyhun Cəfərovun qohumudur. O icra başçısı Ceyhun Cəfərovun təkidi ilə Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinin rəisi Həmid Abbasova suni maneə və əngəl yaratdığı səbəbindən ikincinin rayondan didərgin düşməsində az “əməyi” olmayıb.
Faktinfo.az saytına bütün bunlara rəğmən o da bildirilir ki, Kürdəmir rayonundan Azərbaycan Respublikası Prezident Adminstarasiyasına olunan şikayətlər son əlli ildə olunan şikayətlərə bərabərdir. Yaranan narazılığın fonunda gözlənilir ki, bu yaxınlarda Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov tutduğu vəzifəsindən azad edilsin , onun rayonda formalaşdırdığı “çete” təmizlənsin, onların fəaliyyəti yoxlanılsın , işlərində maliyyə pozuntusuna yol verən şəxslər məsuliyyətə cəlb edilsin.