Cəlilabadda 27 yaşlı yaşlı müəllimə özünü asdı
11-12-2015, 16:58
Oxunub: 4 392
Özünü asan qadın Cəlilabad rayon məktəblərindən birində müəllimə olub
Cəlilabadda intihar hadisəsi baş verib. 27 yaşlı qadın özünü asıb
Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1988-ci il təvəllüdlü Gülnar Telman qızı Babayeva özünü yaşadığı evin həyətindəki yarımtıkilidən iplə asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat veriblər. Meyit tibbi ekpertiza üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Özünü asan qadın Cəlilabad rayon məktəblərindən birində müəllimə olub.
Dekabr ayının 3-də də Bakıda universitet müəllimi özünü asıb.
Paytaxtın Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsində yerləşən evinin çardağında özünü asıb.
Hadisə yerində tapılan məktubda mərhumun xəstə olması səbəbindən intihar etdiyi məlum olub.
İlkin məlumata görə, mərhum intihardan bir müddət əvvəl ürəyindən əməliyyat olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər