Rəsulzadəni təhqir edən deputatın qardaşı bıçaqlandı - Şok hadisə
11-12-2015, 20:24
Oxunub: 2 674
Məhəmməd Əmin Rəsulzadəni təhqir etməklə gündəmə gələn və Gəncədən yeni seçilmiş deputat Naqif Həmzəyevin adı növbəti qalmaqalda hallanır
Bu dəfə yayılan məlumatda gənc deputatın qardaşının bıçaqlandığı deyilir. Bolgexeber.com musavat.com-a istinadən xəbər verir ki, deputatın qardaşı Saqif Həmzəyev noyabrın 20-də bıçaqlanıb. Hadisə Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsinin yaxınlığında baş verib.
Deputatın qardaşının bıçaqlanmasının səbəbi qeyd edilən ünvanda avtoxuliqanlıq etməsi olub. Avtoxuliqanlıq edən Saqif Həmzəyev bu hərəkətləri ilə ətrafda yaşayan gənclərin qəzəbinə tuş gəlib. Onlar arasında yaranan mübahisə deputatın qardaşının bıçaqlanması ilə nəticələnib. S.Həmzəyevin bıçaqlanma xəbərinin mətbuata çıxmaması üçün deputat tərəfindən böyük səylər göstərilib.
Hadisənin mətbuata çıxması isə Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadəni təhqir etməsindən bir neçə gün sonraya təsadüf edir. Hazırda deputatın qardaşı müalicə alır. Onun həyati təhlükəsi yoxdur. Məlumata görə, bıçaqlanma işi Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizov tərəfindən araşdırılır.
Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Elçin Əzizov bildirib ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin icazəsi olmadan bu haqda heç bir məlumat verə bilməz. Müstəntiq hadisəni təkzib və ya təsdiq etməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə musavat.com-a açıqlamasında bildirib ki, bu barədə nazirliyin mətbuat xidmətində heç bir məlumat yoxdur. Ancaq E.Zahidov da hadisəni təkzib etməyib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər