Hacıqabulda Heydər Əliyevin anım günü qeyd olundu-FOTO
12-12-2015, 15:19
Oxunub: 4 019
12 dekabr - bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir
2003-cü il dekabr ayının 12-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri, Azərbaycanın eks Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir. Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi və taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Hacıqabul rayonunda da bu gün, yəni 12.12.2015-ci il tarixində Ulu öndər Heydər Əliyevin anım günü keçirildi.Əvvəlcə Heydər Əliyev Mərkəzində “Şəxsiyyət” sənədli filminə tamaşa edildi. Sonra bütün Hacıqabullular başda İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov olmaqla Heydər Əliyevin adını daşıyan parkda yerləşən abidəsi önünə gül dəstələri qoydular.Heydər Əliyev Mərkəzində isə bütün günü anım mərasimi davam edəcək. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Şəxsiyyət”, “Əbədiyyət yolu” sənədli filmləri nümayiş olunur.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər