Xalça Muzeyindəki “xalçaaltı məsələlər” nazirlikdə araşdırldı
14-12-2015, 09:59
Oxunub: 5 080
Muzeyə yeni təyin ediləcək direktorun adı bəlli oldu
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva ilə bağlanmış əmək müqaviləsinin müddətini uzatmayıb. Bu haqda “Yeni Müsavat”a daxil olmuş məlumatda deyilir ki, R.Tağıyeva ilə bağlanmış müqavilənin müddəti dekabrın 1-də bitib.
Nazirin muzey direktorunun müqaviləsinə imza atmamasının çox ciddi səbəbi var. Belə ki, bu ilin setyabrından başlayaraq muzeydəki qanun pozuntuları barədə mətbuatda yazılar dərc olunub. Məsələ Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılıb. Nazir Əbülfəs Qarayevin əmri ilə Muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib. Bundan başqa Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.
Muzeyin direktor müavini Asya Şirəliyeva qəzetimizə müsahibəsində demişdi ki, Röya Tağıyeva muzeydəki qədimi xalçaları sataraq əvəzinə tarixi baxımdan heç bir əhəmiyyət kəsb etməyən yeni toxunmuş xalçaları asdırır.
A.Şirəliyeva Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdikdən sonra 3 ay müddətində muzeydə yoxlama aparılıb. Nəticədə muzeydə 100-ə yaxın “ölü can” olması, çoxsaylı maliyyə fırıldaqları üzə çıxdı. Bundan sonra baş mühasib işdən qovulub, R.Tağıyeva şiddətli töhmət verilib. R.Tağıyevanın yaxın günlərdə tutduğu postdan uzaqlaşdırılacağı gözlənir.
Nazirin R.Tağıyevanın müqaviləsini artırmaması onun ətrafının A.Şirəliyevaya qarşı hədə-qorxusu, aqressiv münasibəti ilə müşayət olunub. Röya Tağıyevanın qardaşı arvadı Xalidə Bəkirova Asya Şirəliyeva ilə əlaqə saxlayaraq onu və iki qızını öldürməklə hədələyib. Ünvanına ağır söyüşlər işlədib. A.Şirəliyeva təhdiddən sonra özündən gedib və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hazırda məsələ ilə bağlı Səbəyel Rayon Polis İdarəsində araşdırma aparılır.
Bu arada muzeyə direktor təyin ediləcək şəxsin kimliyi də bəlli olub. Azərbaycan Milli İncəsənət Muzeyinə elmi işlər üzrə direktor müavini Xədicə Əsədova muzeyə direktor gətiriləcəyi bildirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər