Sabunçuda bina qəza vəziyyətində - Sakinlər təhlükədə
14-12-2015, 12:22
Oxunub: 3 814
“Dəfələrlə ayağım döşəmənin arasına girib, burxulub. Divarlar o vaxt zəlzələnin təsirindən aralandı. Eyvanlarda gəzməyə qorxuruq. Tavanlarımız deşik-deşikdir, yağış yağanda su evə dolur”
azadliq.org-a istinadən xəbər verir ki, bunu Sabunçu rayonu, Ələsgərov küçəsində qədim, ikimərtəbəli, ümumi yaşayış tipli binada yaşayan Əvəz Əvəzov deyir. Bina 160 il əvvəl inşa olunub. Buradakı vəziyyət haqqında bir müddət əvvəl də “Qaynar xətt”ə şikayət ünvanlanmışdı. Əvəz Əvəzov deyir ki, Fövqəladə Hallar Nazirliyindən də gəlib baxıblar. Bu binada yaşamağın təhlükəli olduğunu deyiblər. Qəzalı olması barədə rəy də verilib. Divarları yarıq-yarıqdır, döşəməsi aralı-aralı, tavanı da öz bildiyimiz kimi təmir eləmişik ki, başımıza uçmasın”.
Bu dəfə “Qaynar xətt”ə təkrar müraciət edən sakinlərin deməsinə görə, şikayətlərindən sonra FHN və yerli icra hakimiyyətindən gəlib binaya növbəti dəfə baxış keçiriblər, tezliklə köçürüləcəklərini deyib gediblər. Ancaq hələ də binada səksəkə içərisində yaşamaqdadılar.
Sakinlər söyləyir, imkanları bəzi xırda-para təmir-bərpa işləri görməyə çatır. Ancaq bina elə vəziyyətdədir ki, sökülüb yenidən tikilməlidir. Sakinlər binadakı vəziyyəti belə təsvir edirlər:
“Qonaq gəlir, ayağı düşür döşəmənin arasına, adam qonaq yanında utanır. Dəfələrlə ayağım döşəmənin arasına girib, burxulub. Divarlar o vaxt zəlzələnin təsirindən aralandı. Eyvanlarda, ümumiyyətlə, gəzməyə qorxuruq. Tavanlarımız deşik-deşikdir, yağış yağanda su evə dolur”.
Bu ünvanda sakinlərin əsəblərini tarıma çəkən səbəblərdən biri də kommunal xətlərin bərbad vəziyyətidir. Səidə Babayeva deyir, işıq, qaz xətləri də qəzalı vəziyyətdədir. İşıq xətlərində tez-tez qısaqapanma olur. Bu yaxınlarda yanğın da başlayıb. Qonşular yığışıb söndürüblər:
“Hərə öz evini birtəhər abıra salır. Ancaq bu, yetərli deyil. Şəxsən mən təqaüdçüyəm, başqa gəlirim yoxdur. Cüzi təqaüdlə hansı təmir işini görə bilərəm? Uzaqbaşı, divara bir qab rəng alıb çəkə bilərəm. Bununla iş bitmir. Bu bina sökülməlidir, yenisi tikilməlidir. Ya da bizə başqa yerdə ev verilsin, köçək gedək”.
Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu yaxınlarda binanın bir hissəsi təmir olunub. Hazırda qalan hissəsinin təmiri üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə məktub göndərilib. Məktub əsasında vəsait ayrılmalıdır ki, təmir işləri davam etdirilsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər