BolgeXeber.Com » Xəbərlər » Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçirib

Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçirib

14-12-2015, 15:03
Oxunub: 3 076 Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçiribForumda DMX-də informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası barədə təqdimat olub

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən dekabrın 14-də Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Hacıqabulda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün təşkil olunmuş "Açıq qapı günü" - vətəndaş forumu miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə Xidmət əməkdaşının məruzəsi dinlənilib. Tədbir Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirildi. Tədbiri giriş sözü ilə Hacıqabul rayon İcra Hakimiyyətinin birinci müavini Sahib Aslanov açdı, qonaqları salamladı.Sonra Şirvan Miqrasiya idarəsinin rəisi Baş Miqrasiya Xidmətinin müşaviri Əbülfəz Hümbətov, DXM-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsi Vətəndaşlıq məsələlərinin həlli idarəsi rəisinin müavini Cəmil Hüseynov, Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin əməkdaşı Emin Allahverdiyev və başqaları çıxış etdilər.
Cıxış edənlər bildirdi ki, əvvəlki qanunvericilik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma Miqrasiya Məcəlləsinin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi alınması tələb olunmur.
Bildirilib ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib. Forumda miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi və vahid dövlət orqanının səlahiyyətlərinin DMX-nə həvalə edilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə o da diqqətə çatdırılıb ki, ötən il oktyabrın 17-də Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında 3 gündən deyil, 10 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.
Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı görülmüş işlərə dair Xidmətin digər əməkdaşının çıxışında qeyd olunub ki, Azərbaycan Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Elə həmin dövrdən etibarən Xidmət Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, ölkə vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb.
Forumda DMX-də informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası barədə təqdimat olub. Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş idarəsinin əməkdaşı Həsən Həsənov tərəfindən elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah edilib, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin imkanlarından bəhs olunub. Diqqətə çatdırılıb ki, bu sistem vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb, Xidmətin funksiyalarına aid olan məsələlərlə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri qəbul edilib.
Bolgexeber.com
Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçirib
Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçirib
Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçirib
Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçirib