BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib
Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyasına verdiyi töhfələr yüksək qiymətləndirilib
14-12-2015, 19:05
Oxunub: 2 523
Dekabrın 9-dan 11-dək Vyanada “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilib
Baş Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, tədbirdə Azərbaycanı Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.
Plenar iclasda K.Əliyev ötən ilin noyabrında Bakıda keçirilmiş III sessiya zamanı Assambleyanın sədri vəzifəsinə seçilmiş Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun adından çıxış edərək Azərbaycanda son illərdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən ən uğurlu qabaqlayıcı institusional tədbirlərdən biri kimi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, habelə ölkəmizin bu sosial bəlaya qarşı mübarizə sahəsində apardığı səmərəli beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat verib.
Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla qeyd olunan Sazişə qoşulub və ya ratifikasiya etmiş üzvlərin sayı 65-ə çatıb. Sessiyada Akademiyanın rəhbərliyi tərəfindən ötən müddət ərzində Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirilib.
Assambleyanın nizamnaməsinə görə sessiyanın açılışında təşkilata sədrlik Nigeriyaya keçib.
Daha sonra Akademiyanın İdarə Heyətinə seçkilər keçirilib. Təşkilatın fəaliyyətinə ölkəmizin verdiyi töhfələrin məntiqi nəticəsi kimi Azərbaycan Parlamentinin deputatı Vüsal Hüseynov 6 il müddətinə İdarə Heyətinə üzv seçilib.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarə Heyətinin sədri xanım Marqarita Popova, Avstriyanın Daxili işlər naziri xanım Yohanna Mikl-Leytner, Akademiyanın dekanı və icraçı katibi Martin Kroytner və digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov da iştirak edib.
Sessiya çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Respublikasında son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar paylanıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər