BolgeXeber.Com » Xəbərlər » Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)

Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)

16-12-2015, 17:59
Oxunub: 3 151 Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)"Özümü bir anlıq GTA oynayan qəhrəman kimi hiss elədim"

Bakıda son aylar yaşadığım ağır iş cədvəlindən ayrılıb axır ki, 3 günlük də olsa İstanbula istirahət etməyə getməyi qərara aldım. Hər kəsə qismət olsun, dekabrın 8-i getdim istirahətə və 12-si səhər saat 04.00 radələrində təyyarə Heydər Əliyev adına limanda endi.

Həmişəki kimi, sadiq dostum olan şəxsi avtomobilim çox gec olmasına baxmayaraq, məni dayacanaqda gözləyirdi. 3 gün idiki orada sahibini nə vaxt evə aparacağını gözləyirdi. Onu saxladığım vəziyyətdə, yəni heç bir cızıqsız-zədəsiz görmək məni də çox sevindirdi. Beləcə evə təxminən saat 05.00-də çatdım.

Avtomobili illərdi saxladığım və məhəlləmizdəki bütün sakinlərin də öz əmanətini saxladığı dayancaqda park etdim. Düzü, bu hissədə (şəkildəki ərazi) evakuator görmək heç vaxt mənə nəsib olmayıb. Burada olsa-olsa, ancaq zibil maşını gecə gələr, bir az səs-küy edər, sonra da heç nə olmamış kimi ərazini tərk edər…


Səhər oyanıb pəncərədən Fəxri Xiyaban tərəfə nəzər yetirdim ki, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edənlərin hansı tərəfdən gəldiyinə baxım, onlara qoşulub məndə ziyarətə gedim.

Bu halda çox təəccüblü bir halın şahidi oldum. Həyətdə maşın yoxdu. Nə mənim maşınım, nədəki qonşuların.

Bir az fikrə getdim. Düşündüm. Səbəbi başa düşməyib məndə çoxsaylı insan izdihamına qoşulub ziyarətə getdim. Qayıdanda polis nərəfinin birindən soruşdum. Dedilər ki, maşınlar çox güman anım gününə görə daşınıb. Məsləhət gördülər, qonşu məhəllələrin dayancaqlarını yoxlayım.

Baxdım, tapa bilmədim və artıq səbəbini bilirdim deyə, düşündüm axşam olar, geri gətirərlər maşını.

Axşam oldu, pəncərədən baxdım maşın gələmdi, gecə düşdü, gəlmədi. Düzü bir az narahat oldum. Düşündüm səhər əlaqə saxlayaram, deyərlər.

BAZAR GÜNÜ

Səhər oldu. Bakı Şəhər Dövlət Yol Polis idarəsinə zəng etdim. Növbətçi dedi: “Bazar günüdü siz bizimlə 1-ci gün əlaqə saxlayın və məsləhət olsa, buraya gəlin. Çətin ki, maşın getdiyi kimi qayıtsın".

Başqa bir variant olmadığından bazar ertəsini gözlədim. O vaxta kimi işlərimi taksi ilə qaydasına qoymalı oldum.

BAZAR ERTƏSİ

Səhər taksi ilə getdim Badamdara. Yaxınlaşdım orada məsul şəxslərə, dedilər ki, bura artıq 1 ildən çoxdur maşın gətirilmir. Siz 3-cü mikrorayon dairəsi yaxınlığında olan cərimə meydançasını yoxlayın.

Ora da getdim və bir neçə saat itirdikdən sonra məlum oldu ki, maşın orada da yoxdu. Dedilər siz məhəllənizi yaxşı-yaxşı axtarın, sonra bizə müraciət edin. Sözlərindən elə başa düşdüm ki, günah özümdədi.

Məhəllələri gəzdim. Ama maşını tapmadım, axşam oldu, hava qaraldı.

ÇƏRŞƏNBƏ AXŞAMI

Səhər düşündüm axtarışları davam etdirim. Yenə taksi ilə getdim Yasamal rayonu DYP idarəsinə, orada dərdimi dedim. Məsul şəxslərdən biri dedi: "Ala mən “evakuatorşikə oxşayıram?!” və başladı gülməyə".

Sonra nəhayət yönəltdilər ki, bir az aşağıda cərimə meydançası var.

Getdim ora baxdım, tapmadım. Oradan da digər cərimə meydançasına zəng eledilər. Maşını görən olmayıb, vəssalam! Sonda dedilər Qış Bulvarı meydançası var, oraya gedin: "100 faizzzzz ordadı!”

Növbəti dəfə taksi ilə getmək məcburiyyətində qaldım. Amma nə karə? Orada da tapmadılar. Və məsləhət gördülər ki, Qurd qapısı istiqamətindən ətrafa doğru əraziləri gəzim, bəlkə maşını oralarda, yəni “gözdən uzaq yerdə” düşürüblər.

Özümü bir anlıq GTA oynayan qəhrəman kimi hiss elədim. Növbəti missia - hardadırsa maşını tap! Heç olmasa GTA oyununda xəritədə maşının yerini göstərir.

Ordan çıxıb zəng etdim 102 xidmətinə, başıma gələnləri danışdım. Dedilər ki, mənimlə əlaqə saxlayacaqlar.

1 saat sonra zəng gəldi. Məsələni birdə danışdım. Dedilər sizinlə əlaqə saxlayacağıq. Yarım saatdan sonra yenə zəng gəldi ki, bəs sizin maşın çox güman ki, MTN dayancağına aparıblar. Getdim MTN-nin dayacanğına. Orada işləyən bir nəfər dedi ki, “Bura səhər tezdən 2 maşın gəldi. Biri düşündük bizim MTN işçisinin olar. İçəridə yer verdik, saxladılar. Sahibi sonra gəlib götürdü. Ama bir maşına icazə vermədik".

Niyəsini soruşdum. Dedi: "Nə bilim? Rəngi göy idi. İnanmıram MTN işçisi belə rəngdə, bu formada maşın sürər. Və nəticədə düz apardılar maşını (istiqaməti göstərdi)".

Getdim o istiqamətdə və yenidən o küçələri gəzdim, ama maşını tapmadan geri qayıtdım.

Mənə istiqamət verən 102-nin növbətçisinə zəng etdim ki, bəs maşın yoxdur. Nömrələr üzərində olan sxemi işə salın baxın görün hardadı. Axı deyirlər texnologiya inkişaf edib. Bir onu da yoxlayın barı.

Dedi indi görək nə edə bilirik və məyus formada sağollaşdı.

Evə gəlib qalxanda qonşumla raslaşdım. Bir az söhbət elədik işlərdən, istirhətimdən. Sonda sağollaşdanda dedi ki: "Qonşu ma de görüm, Nərimanov heykəli yanındakı kafe işləyir".

Dedim: "Hansı?"

Dedi: "Kruqda” olan. Bayaq orda deyildin ki?

Dedim "yox" və pilləkənləri qalxmağa davam edirdim ki, bir də eşitdim: "Heç, maşını orda gördüm düşündüm kafedəsən".

Və beləcə məlum oldu ki, mənim maşınım 3 gündən artıqdır Nərimanov heykəlinin yanında imiş.

Təcili ora çatdım və maşının çox səliqəsiz, heç bir qanuni əsas olmayan yerdə, formada (şəkildəki kimi) evakuator tərəfindən düşürdülüyünün şahidi oldum. Hətta yolun sağ kənarında sarı xətt olan hissədə. Və yolun kənarından 2-3 metr məsafədə.


Bir azda yaxınlaşdıqda gördüm ki, maşın arxa sağ tərəfdən əzilib.


Və hal-hazırda maşın qayıtdı 3 gün əvvəl götürüldüyü qanuni dayancağa.

Düzü 3 gün ərzində başıma gələn məsələ məni bir az düşündürü ki, hər günün sonunda maşınlarımızı dayancaqda saxladıqda onları sonuncu dəfə görmüş kimi ola bilərik...
Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)
Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)
Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)
Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)
Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)
Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)
Bakıda vətəndaşın başına görün nə oyun açdılar - ŞİKAYƏT VAR(FOTO)