Bərdədə əsgərlər üçün bayram tədbiri keçirilib-FOTO
16-12-2015, 18:20
Oxunub: 4 453
Yubiley münasibətilə bir qrup zabit Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşlar
Dekabrın 16-da Bərdə rayon Gənclər və İdman idarəsinin ,Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə bağlı rayon ərazisində yerləşən Fövqalədə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən zabit və əsgərlər üçün bayram tədbiri keçirilib
Tədbirdə rayonun fəal gəncləri də iştirak edirdi.
Tədbiri giriş sözü ilə h/h komandirinin psixoloji təminat üzrə müavini,mayor S.Bəhramov açaraq zabit və əsgərləri komandanlıq adından təbrik etdi və Fövqalədə Hallar Nazirliyinin yaradılması barədə danışdı.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək idarənin kollektivi adından h/h bütün şəxsi heyətini təbrik etdi və onlara xidmətlərində uğurlar arzuladı.Sonra o, Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarının ordu quruculuğuna,müvafiq strukturların tabeçiliyində olan hərbi hissələrin müasir tələbatlara uyğun olaraq təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.
Bərdə rayon mədəniyyət mərkəzinin “Qarabağ” ansamblının üzvləri Firdovsi Məmmədovun,Ərəstun Əliyevin,Zülfüqar Məmmədovun və Həkim Hüseynovun ifasında səslənən müğamlar,xalq və bəstəkar mahnıları alqışlarla qarşılanmışdır.Zabit və əsgərlər qonaqlarla birgə rəqs etmişlər.Əsgərlərdən bəziləri öz şeirlərini söyləmiş və mahnılar ifa etmişlər.
Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydin Qasımov şəxsi heyətin iştirakı ilə “Vətənimiz Azərbaycan” mövzusunda intellektual viktorina keçirmiş,suallara düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim olunmuşdur.
Yubiley münasibətilə bir qrup zabit Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Sonda h/h komandirinin psixoloji təminat üzrə müavini,mayor S.Bəhramov çıxış edərək qonaqlara şəxsi heyət adından minnətdarlığını bildirdi.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər