İlin futbolçusu Almeyda, komandası “Qəbələ” - FOTO
18-12-2015, 17:49
Oxunub: 5 311
Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin yekunlarına həsr olunan "İlin Qalibləri" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib
Bolgexeber.com xəbər verir ki, "Report"un informasiya dəstəyi ilə "Qafqaz Point" otelində təşkil olunan mərasimdə 8 nominasiya üzrə qaliblər mükafatlandırılıblar.
Qaliblər bunlar olub:
"İlin idman xadimi": Sadıq Sadıqov ("Neftçi" "Neftçi” İdman Klubu İctimai Birliyinin idarəetmə aparatının rəhbəri ("Bakı 2015" I Avropa Oyunlarında "Neftçi" İdman Klubunun digər klublardan çox - 16 idmançısı medal qazandığı üçün)
"İlin futbolçusu": Rahid Əmirquliyev - "Xəzər Lənkəran"ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə millidə ən çox oyun keçirdiyi üçün)
"İlin idmançısı" (digər növlər üzrə): Rəsul Çunayev (yunan-Roma güləşçisi, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu)
"İlin əcnəbi futbolçusu" (bütün növlər üzrə): Riçard Almeyda - "Qarabağ" futbol komandasının braziliyalı futbolçusu (Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi roluna görə)
"İlin komandası" (futbol və digər növlər üzrə): "Qəbələ" futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün), Yunan-Roma güləşi üzrə komanda (Dünya Kubokunun qalibi olduğu üçün)
"İlin baş məşqçisi" (futbol və digər növlər üzrə): Roman Qriqorçuk ("Qəbələ"yə bürünc medal və klub tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazandırdığı üçün), Cəmşid Xeyrəbadi (Yunan-Roma güləşi üzrə Azərbaycan millisi "Bakı 2015" I Avropa Oyunlarında, Dünya Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)
"İlin mətbuat katibi" (futbol və digər növlər üzrə): Anar Hacıyev ("Qəbələ"), Mayis Musayev (Azərbaycan Güləş Federasiyası)
"İlin idman jurnalisti": İlkin Fikrətoğlu (ATV)
Həmçinin, idman jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə tanınmış jurnalist Mehman Süleymanov "Həmrəylik Kuboku" təqdim edilib, eləcə də ÇEMPİON yarışmasının qalibi Vüsal Süleymanov təltif olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər