BolgeXeber.Com » Xəbərlər » BŞDYP yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev qəza olayından necə sıyrıldı? - İTTİHAM VAR

BŞDYP yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev qəza olayından necə sıyrıldı? - İTTİHAM VAR

25-12-2015, 11:03
Oxunub: 5 297 BŞDYP yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev qəza olayından necə sıyrıldı? - İTTİHAM VARBakının Alay komandiri apreldə baş vermiş hadisə barədə yalan danışıb?

Bu ilin aprelin 25-də Bakıda, «Park Bulvar»ın qarşısında avtomobil qəzası baş vermişdi. JAM.AZ xəbər verir ki, qəza törədən tərəflərdən biri Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev olub.

Məlumatda vurğulanırdı ki, o, xidməti avtomobili ilə qəzaya düşüb. Həmin vaxt 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşdüyündən, evakuatorla duracağa aparılmışdı.

Qeyd edəke ki, Rəşadət Babayev həmin vaxt “Qafqazinfo”ya açıqlamasında hadisənin hansı şəraitdə baş verməsinə dair ayınqlıq gətirmişdi. Alay komandirinin sözlərinə görə, qəza 25 aprel 2015-sc il, səhər saat 7 radələrində “Park Bulvar”ın qarşısında baş verib. O, şəhərin rəis müavini kimi xidməti vəzifəsini yerinə yetirib və hərəkətdə olub. Həmin vaxt bir sürücü yolu çarpaz keçərək gözlənilmədən onun avtomobilinin qarşısına çıxıb: “Biz sürücüyə xəsarət yetirməmək üçün maşını güclə saxldıq. Yaxşı ki, bizim avtomobilin də yastıqları açıldı və ciddi xəsarət almadıq. Yerə düşəndən sonra məlum oldu ki, yolu əks istiqamətdən keçmək istəyən sürücü sərxoş olub. O, yerə düşəndə belə ayaq üstə güclə dayanırdı. Hadisə kameraların altında baş verib və bütün görüntü qeydləri var. Həmin şəxs saxlanılıb və istintaqa cəlb olunub, hazırda araşdırma aparılır".

Qeyd edək ki, Rəşadət Babayev bu açıqlamadan sonra məsələ ilə bağlı hər hansı bir məlumat verməyib. İşin ən ilginc tərəfi isə odur ki, hadisəni törədən «sərxoş sürücü»nün nə adı açıqlandı, nə söhbəti gedən videogörüntülər yayımlandı. JAM.AZ bildirir ki, həmin olaydan sonra Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi rəsmi açıqlama yaymağa borcluydu. Çünki olay heç də kiçik rütbəli olmayan, o cümlədən kiçik vəzifə sahibindən getmirdi. Məsələdə paytaxtın Alay komandirindən bəhs olunurdu.

Bildirək ki, Rəşadət Babayevin bu məsələdə bilavasitə borcu ondan ibarət idi ki, onun maşınını «vuran» şəxsin adını, sürdüyü maşının dövlət nömrə nişanını açıqlasın. Üstəlik, «qəza törədənin» hansı cəza aldığı barədə də bilgi verilmədi.

İndi sual olunur ki, bütün bunlar bir yana, bəs, hanı həmin videogörüntülər? Aydın məsələdir ki, bütün bunların fonunda Rəşadət Babayevin yalan danışdığı, hadisənin əsl mahiyyətini gizlətdiyinə dair şübhələr baş qaldırır. Hətta bu olayla bağlı sual etdiyimiz bəxi mütəxəssislər iddia ediblər ki, əslində, alay komandirinin bu cür davranışları ounun özünün içkili olduğu təəssüratı yaradır. Onlar güman edirlər ki, Rəşadət Babayev həmin vaxt içkili olduğu üçün sükanı idarə edə bilməyib və qəza törədib. Və məsələni gizlətmək üçün belə bir addım atıb.

Məsələ ilə bağlı açıq qalan xeyli suallar var. Onlardan biri: əzilən avtomobili kim düzəltdirdi və hansı vəsait hesabına?

Məsələ ilə bağlı araşdırmamız davam edir.

ANONS


- Alay Komandirinin tabeçiliyində olan 18 otaqda nələr baş verir?
- İnsanlar bu otaqların qarşısında niyə boyun bükmək məcburiyyətində qalırlar?
- Cərimə meydançasından çıxarılan hər bir maşına görə, niyə qaldığı hər günü üçün 5 manat pul alınır?
- Bakıda keçirilən reydlərdə məqsəd nədir? Təhlükəsizliyi təmin etmək, yoxsa… ????
- Rəşadət Babayev hansı deputatın qohumudur?
Bu və digər suallarla bağlı maraqlı araşdırmamızı yaxın günlərdə oxuculara təqdim edəcəyik.