Əhəd Abıyevin qırğısından jurnalistə təhdid-FOTO
25-12-2015, 13:14
Oxunub: 3 742
Daşkəsənin icra başçısı mediaya təzyiq etməyə başlayıb
Əhəd Abıyev fəaliyyətindəki tənqidi yazılara görə qırğılarını təlimatlandırıb.
Daşkəsən rayon İcra Hakimiyyətinin məsul işçisi olan Malik adlı şəxs Tribuna İnformasiya Agentliyinin redaksiyasına zəng edərək hədə-qorxu gəlməyə, hərbə-zorba leksikonunda danışmağa çalışıb. Ə.Abıyevin sifarişi ilə hərəkət edən Malik adlı şəxs deyəsən mətbuatla necə danışmaq tərzini belə öyrənməyib.
TİA.AZ-ın baş redaktoru Əlişir Əhədi həbslə hədələyən Malik adlı RİH nümayəndəsi məqalədə səslənən tənqidi fikirlərə və problemlərə normal şəkildə münasibət bildirmək, icra hakimiyyətinin mövqeyini açıqlama əvəzinə təhdid, hədə dilində danışmağa üstünlük verib.
Ancaq unudub ki, məmurların mətbuatla düşmənçilik xəttini seçməsi, təhdid, xox gəlmək cəhdləri hər zaman uğursuz alınıb. Vaxtilə jurnalistə sui-qəsd hazırlanmasında rolu olan general Akif Çovdarovun yolunun həbsdən keçməsi bir nümunədir ki, media nümayəndələrini həbsxana ilə təhdid etmək heç də həmişə effekt vermir.
Üstəlik dövlət başçısı dəfələrlə məmurlara xəbərdarlıq edib ki, mətbuatla işləmək, onların suallarını cavablandırmaq borclarıdır. Son qəbul edilən qanun da deməyə əsas verir ki, jurnalistlərin sorğusunu cavablandırmayanlar cərimələnə bilər.
Ə.Abıyevin öyrətdiyi, təlimat verdiyi qırğısı, vaxtilə sürücüsü olmuş və indi RİH-də post tutmuş Malik adlı məmur TİA.AZ-ı təhdid etmək üslubunu seçib və son hadisələrdən heç bir nəticə çıxarmayıb. Qeyd edək ki, Malik adlı RİH nümayəndəsi Ə.Abıyevin şəxsi sürücüsü olub və indi tənqidi faktlar qarşısında aciz qalan rayon rəhbərliyi onu qabağa verib. Halbuki daha mədəni yol seçmək olardı.
Həmin məqalədə isə deyilirdi ki, Daşkəsən rüşvət və problemlər bataqlığında çabalayır. Rayonun rəhbəri Əhəd Abıyevin əsas vaxtını Bakıda və Gəncədə keçirməsi nəticəsində ucqar dağ rayonu başdı-başına qalıb. Daşkəsən kimi sərvətləri olan bölgə özbaşınalıqlar, xaos məkanına çevrilib. Ə.Abıyevin həftənin əsas günlərində Gəncədə olduğu və ucqar rayonun iqliminə görə kabinetində çox zaman oturmadığı qeyd olunur.
Rayon camaatı isə problemlərini deməyə dövlət məmuru tapmır. Onlar ümidsiz şəkildə bölgə sərvətlərinin məmurlar tərəfindən yağmalanmasını seyr edirlər. Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb. Buna səbəblər var. İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz.
Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur. Bunu daşkəsənli sakinlərdən biri qeyd edib. Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir.
Çünki başının Gəncədəki işlərinə və biznesinə qarışdığı qeyd olunur. Ə.Abıyev və onun sürücü-məmur kadrı isə bu iddialara cavab vermək əvəzinə hücuma keçir. TİA.AZ-a isə Daşkəsəndən saysız-hesabsız şikayətlər və məlumatlar gəlməkdədir. Araşdırmalarımız davam edir və növbəti yazılarda icra başçısının generallardan biri ilə qurduğu işbirliyi haqda müdhiş faktlar açıqlanacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər