“AAAF İnşaat”-da tikinti işləri dayandırılıb
26-12-2015, 14:55
Oxunub: 4 373
Evləri hələ də hazır olmayan vətəndaşlara nə pul qaytarılır nə də ev verilir
Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan və daha sonra həbs edilən Cahangir Hacıyev və MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlılığı olduğu bildirilən “AAAF İnşaat” çətin vəziyyətlə üzləşib. Əslində tikinti şirkətinin problemlərinin yarandığı Cahangir Hacıyev ətrafında qalmaqalın başlaması ilə eyni zamana təsadüf etdi.
Məlumatlara görə, C.Hacıyevin “AAAF İnşaat” MMC ilə iş əlaqələrinin kökü milyonlara dayanır. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verdiyi də yayılan məlumatlar arasındadır.
İndi bu hər iki şəxsin “vurulması” “AAAF Park”ın müflisləşməsinə və tikintinin dayanmasına səbəb olub.
Bütün tikinti işlərini dayandırıldığı “AAAF Park”dan ev alan insanlar isə çətin duruma düşüb.
Bizimxeber.az-a daxil olan məlumata görə, hətta ötən ildən ödəniş edilən binalarda da tikinti işləri başlamayıb. Bu vəziyyətin davam edəcəyini görən müştərilər “AAAF Park” rəhbərliyinə müraciət edərək vəsaitin geri qaytarılmasını tələb edirlər.
Lakin onlara vəsaitin geri qaytarılmasının hazırda mümkün olmadığı bildirilib və qeyd olunub ki, hazır evlər satıldıqdan sonra pulların qaytarılması mümkün ola bilər. Bu isə ən azı 1 il zaman tələb edir. Alıcılar onsuz da çətin vəziyyətdə qaldıqlarından 1 il sonra manatın daha da dəyərdən düşəcəyi qorxusu ilə vəsaitin tamamilə dəyərsizləşəcəyinin narahatlığını yaşayır. Ancaq “AAAF Park” verilən vədləri yerinə yetirmədiyinə görə alıcıların görüş tələbinə cavab vermir. Zərərçəkənlərin sözlərinə görə, görüş tələblərinə müsbət cavab alıb ödənilən vəsaitlər geri ödənilməyəcəyi təqdirdə kütləvi aksiyalara başlayacaqlar.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər