BolgeXeber.Com » Xəbərlər » FHN Zaqatala zəlzələsinə görə ittiham olunur – TƏFƏRRÜAT(VİDEO)

FHN Zaqatala zəlzələsinə görə ittiham olunur – TƏFƏRRÜAT(VİDEO)

28-12-2015, 11:30
Oxunub: 6 166 FHN Zaqatala zəlzələsinə görə ittiham olunur – TƏFƏRRÜAT(VİDEO)Dövlət ittihamçısı və prosesi aparan məhkəmə sədri dövlətə xəyanət edirlər, onlar cinayətkarı müdafiə edərək istintaqdan yayındırırlar

fhnŞəki ağır cinayətlər məhkəməsində Zaqatala-Balakən zəlzələsi nəticəsində zərərçəkmişlərin evlərinin tikilməsi üçün onlardan külli miqdarda pul yığaraq dələduzluq etmiş dəstənin işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Həmin proseslə bağlı cumhuriyyet.az-a məlumatlar daxil olub. Öncədən bildirək ki, 2012-ci ildə məlum zəlzələ nəticəsində Zaqatala-Balakən rayonlarına xeyli ziyan dəymiş, vətəndaşlara məxsus şəxsi mülkləri dağılmış və yararsız hala düşmüşdür. Bu fəlakətlə bağlı dövlət başçısının sərəncamı ilə bölgədə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən, 400 milyon manat maliyyə vəsaitləri ayrılmışdır. Ərazini yoxlayıb qərar vermək üçün fövqəladə hallar nazirliyi və yerli icra hakimiyyətlərinin nümayəndələri komissiyaların tərkibində fəaliyyət göstərmişlər və hadisənin miqyasını güya ki, müəyyənləşdirmişlər. Məlumdur ki, dövlət tərəfindən ayrılmış vəsaitlərin olduqca böyük hissəsi fövqəladə hallar nazirliyi, yerli icra hakimiyyətlərinin başçıları və komissiyalarda çalışan qərərgah rəhbərləri tərəfindən mənimsənilımişdir.FHN Zaqatala zəlzələsinə görə ittiham olunur – TƏFƏRRÜAT(VİDEO)

Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, sözügedən məhkəmə prosesində vətəndaşlar qeyd edir ki, tikilmiş evlərin 10%-i dövlət vəsaitləri hesabına, qalan 90%-i isə vətəndaşlardan yığılmış pullar hesabına tikilib. Zaqatala şəhər sakini İsmayıl Əliməmmədov qeyd edir ki, zəlzələnin nəticələrini aradan qaldırmaq üçün FHN komissiya yaratmışdı və onlar Zaqatala-Balakəndə işləyirdilər. Bunlar güya ki, bizim dağılmış evlərimizi yenidən tikib bizə qaytaracaqdılar. Ancaq əksinə bizlər zəlzələdən çıxıb tufana düşdük. Prezidentin ayırdığı 400 milyon manatı da mənimsədilər, əlavə 317-nəfərdən 3000 (üç min)-dən başlayaraq 10. 000 (on min manata) qədər və daha artıq pul yığaraq aradan çıxdılar. Onlar bizlərin etibarından sui-istifadə etdilər. Dedilər ki, sizlərə daha möhtəşəm evlər tikəcəyik. Biz də borc-xərc edərək deyilən məbləği onlara verdik. Onlar da başımıza bu oyunu açdılar. Burada hazırda ən aşağı ranqlı adamları həbs ediblər. FHN-nin qərərgah rəisi Nazım Nəzərov baş verənlərin başında olub. O, bu işləri çoxdandır ki, planlaşdırırmış və ətrafına bir qrup dələduzu yığaraq onların əli ilə əhalidən pul yığdırırmış. Biz 2015-ci ilin iyun ayından Şəki ağır cinayətlər məhkəməsinin yollarında qalmışıq. Gəlib getmək olmur. İnsanlarda pul yoxdur. FHN Zaqatala zəlzələsinə görə ittiham olunur – TƏFƏRRÜAT(VİDEO)Onlar yumurta, toyuq sataraq yol pulu düzəldib məhkəməyə gəlirlər. Məhkəmə qəsdən bizləri gət-gələ salır ki, qoy bezib prosesdən əl çəkək. Əvvəllər ilk məhkəmələrdə hakim Rəşid Hüseynov təqsirləndirilən şəxsləri möhkəmcə sıxırdı və onlara deyirdi ki, aldığınız pulları qəpiyinə kimi ödəməlisiniz. Sonradan Rəşid Hüseynov 180 dərəcə dəyişdi və ingilis bayrağı kimi külək olan istiqamətə əsməyə başladı. Dövlət ittihamçısı Fuad Musayev açıqca cinayətkarları müdafiə edir. Bu adam bizləri danışmağa qoymur, ələ salır, özünü ərköyün uşaq kimi aparır. Bu adamlar vəzifə səlahiyyətlərindən sui-istifadə edib prosesdə iştirak edən 108 nəfərin hüquqlarını pozur. Mən bu məsələ ilə bağlı prezidentə, milli məclisin sədrinə, dövlət təhlükəsizlik xidmətinin yeni rəisinə, baş prokurora, ədliyyə nazirinə, fövqəladə hallar nazirinə müraciət etmişəm. Ancaq heç kim bizlərə kömək etmək istəmir. Bu məsələ korrupsiyaya aid olsa da onlar işə heç yaxın gəlmirlər. Hakim Rəşid Hüseynov deyirdi ki, zərərçəkmişlərin pullarını ödəməsəniz haqqınızda ən sərt qərarları verəcəyəm. Ancaq sonradan sözünü dəyişdi. Biz ölkənin əlaqədar qurumlarından xahiş edirik ki, bu problemimizin həll olunması üçün bizlərə kömək etsinlər.

Zaqatala rayonu Muxax kənd sakini Murtuzəli Atayev qeyd edir ki, bu günki prosesə məhkəmə yox daxili söhbət demək olar. Cəmisi proses 10-15 dəqiqə çəkdi. Vəkillər gəlmədiyinə görə hakim prosesi yanvar ayının 8-nə 2016 cı ilə təyin etdi. Mən hazırlıq məhkəməsindən bu günə kimi bütün proseslərdə iştirak etmişəm. Burada İlkin Abdullayev, Saşa İsayev, Qurban Ramazanov həbs olunublar. Həqiqətdə bu adamlar 3-cü-4-cü şəxslərdir. Əsl günahkarlar hələ də azadlıqdadır. Bu planı FHN naziri Kəmaləddin Heydərovun yaxın adamı Nazim Nəzərov təşkil etmişdir. Sadəcə bu gün onlara burada həbs olunan adamlar lazımdır ki, bütün günahları onların üzərinə ataraq özləri əldə etdikləri pulları rahatlıqla yesinlər. Nazim Nəzərov ətrafına quldur dəstəsi yığıb bu işi həyata keçirib. Ancaq bu gün ortalıqda yoxdur. Hakim Rəşid Hüseynov olduqca ədalətsiz hakimdir. Bu adam dövlət ittihamçısı Fuad Musayevlə birləşərək cinayət törətmiş Nazim Nəzərovu istintaqdan yayındırırlar. Başa düşə bilmirəm belə adamların ölkənin hüquq sistemində nə işi var. Bu adamlar Azərbaycan hüququnu ayaqlar altına atırlar. Rəşid Hüseynov prosesin əvvəlində dediklərini dandı və qəflətən nə baş verdisə, kim təsir etdisə, təcili Fuad Musayevlə birləşərək cinayətkarları müdafiə etməyə başladılar. Bu məsələlərdən həm Zaqatala, həm də Balakən rayon icra hakimiyyətlərinin xəbəri olub. Sadəcə vəzifə səhlənkarlığı göstəriblər, çünki icra başçıları başda olmaqla bu işdən xeyli vəzifəli şəxs külli miqdarda gəlir əldə edib. Burada əvvəlcədən təşkil olunmuş mütəşəkkil cinayətkar dəstədən söhbət gedir. Ancaq Rəşid Hüseynov və Fuad Musayev utanmadan onları müdafiə edirlər. Bu işdə FHN nazirinin özünün, müavinlərinin, sahə komissiya sədrləri və üzvülərinin, Zaqatala və Balakən rayon icra hakimiyyəti başçılarının və işçilərinin əli var. Onlar cinayətə qəsdən şərait yaradıblar. Burada həbsdə saxlanılanlar əsl günahkarlar deyillər, əsl günahkarlar, cinayəti edənlər hazırda azadlıqdadır. Cinayətin başında dayanmış şəxs Nazim Nəcəfovdur. Bu adamlar pulu yığıb ona veriblər. Bütün bunlar hakim və prokurora məlum olsa da heç bir tədbir görməyərək əksinə cinayətkarı istintaqdan yayındırırlar. İttihamçı prokuror Fuad Musayev 108 nəfər Azərbaycan vətəndaşını korporativ maraqları üçün dövlətdən narazı salır. Həm hakim Rəşid Hüseynov, həm də prokuror Fuad Musayev Azərbaycan dövlətinə xəyanət edirlər.
Redaksiyadan: Yazıda adları keçən bütün şəxslərin fikirlərini dərc etməyə hazırıq. Qeyd edirik ki, Hakim Rəşid Hüseynov və dövlət ittihamçısı Fuad Musayev bir müddət əvvəl İsmayıllı hadisələrinə görə həbs olunanların taleyində də mühüm rol oynayıblar. Onda da prosesə hakim Rəşid Hüseynov sədrlik edirdi. Dövlət ittihamını da Fuad Musayev və həmkarı Qurbət Məmmədov həyata keçirirdi. Bu şəxslərin çox insanların ürəyində yeri var və heç zaman yaddaşlardan silinməyəcək işlərə imza atıblar. Mövzu ilə bağlı vətəndaşların öz dili ilə olan canlı video çəkilişləri təqdim edirik. Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com