BolgeXeber.Com » Xəbərlər » Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirildi-Hacıqabulda
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirildi-Hacıqabulda
28-12-2015, 16:33
Oxunub: 4 001
28.12.2015-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət işçiləri tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirildi
Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmrəslanov açdı, hamını, eləcə də bütün mədəniyyət işçilərini bayram münasibəti ilə təbrik etdi.Həmçinin qeyd etdi ki, 25 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin kollegiya iclası keçirildi. Kollegiya iclasında görülmüş işlərin nəticələrindən, qarşıya qoyulan məsələlər barədə geniş məruzə etdi.Yeni ildən mədəniyyət sahəsində görüləcək işlərin günün tələblərinə uyğun, rayon Mərkəzi kitabxanası, Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi ilə kənd Mədəniyyət mərkəzlərinin, kitabxanaların birgə fəaliyyətini daha düzgün şəkildə qurulması barədə göstərişlər verdi.Mədəniyyət işçilərinin maraqlı fikirləri, təklifləri müzakirə olundu.
Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Mədəniyyət Mərkəzinin direktoru Mehdiqulu Fərəcov, Mərkəzi kitabxananın direktoru Daxil Həsənov, kitabxananın şöbə müdirləri Elmira İbrahimova, Maya Mehtiyeva, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev, Cəngən kənd Diyarşünaslıq evinin direktoru Sərdarxan Təhməzov və başqaları çıxış etdilər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru:
Aytən Zülfəliyeva




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər