BolgeXeber.Com » Xəbərlər » Rayonlara gedən sürücülərə xəbərdarlıq: yola erkən çıxın!

Rayonlara gedən sürücülərə xəbərdarlıq: yola erkən çıxın!

30-12-2015, 13:08
Oxunub: 3 599 Rayonlara gedən sürücülərə xəbərdarlıq: yola erkən çıxın!Bakı-Sumqayıt şossesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 31 dekabr 2015-ci il – 4 yanvar 2016-cı il tarixlərinin istirahət günü olması ilə əlaqədar nəqliyyat vasitələrinin rayonlara hərəkət intensivliyinin artacağını nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən virtualaz.org-a daxil olan məlumata görə, bayram günləri ilə əlaqədar bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şossesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.
Bolgexeber.com