Qalmaqallı direktor postdan gedir
31-12-2015, 09:55
Oxunub: 3 449
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən gedir. İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır
Bolgexeber.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov report-a açıqlamasında bildirib ki, kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi. İ.İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.
“Qafqazinfo” xatırladır ki, son aylar teatrın aktyorları İsrafilovun ünvanına ciddi ittihamlar səsləndirmişdilər. Bəziləri hətta xalq artisti İlham Əsgərovun ölümünü direktorla ünsiyyətdən sonra keçirdiyi əsəb gərginliyi ilə əlaqələndirirdilər.
Bundan başqa, mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyev çıxışı zamanı İ.İsrafilovun əleyhinə kəskin ifadələr səsləndirib:
“Gör teatrı nə günə qoymusan ki, orada Xalq artistləri bir-birinə hücum çəkir və bu da respublika ilə bir olur. Biz səni 3 ay əvvəl çıxartmaq istədik, amma vaxt verdik ki, bəlkə düzələsən. Sən işi bacarmırsan”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər