Qusarlı nənə 102-ci yaşını qeyd etdi - FOTO
31-12-2015, 11:08
Oxunub: 4 573
Qusarın ən yaşlı sakini Nazirat Vəlimətova ömrünün 102-ci yaş gününü və yeni ilini qeyd edir
Bolgexeber.com anspress-ə istinadən bildirir ki, Nazirat Vəlimətova Qusarın Düztahir kəndinin əməli düz, ən uzunömürlü sakinidir. İl sonu 102 yaşı tamam olan Nazirat nənənin görüşünə gedəndə onu qonaqların əhatəsində gördük. Nənə ilə bayramlaşmağa Qusar icra hakimiyyətinin nümayəndələri də gəlmişdi. Nazirat nənəyə can sağlığı arzulayan Qusar icra başçısının 1-ci müavini Şahid Fərəməzov onun ilsonu həm ad günü olduğunu, həm də rayonun bu yaşda 2 uzunömürlü sakinindən biri olduğunu bildirdi.
"Bu gün Qusarda 97-100 yaş arasında 97 sakinimiz var. 100 yaşdan yuxari iki sakinimiz var. O cümlədən bu gün Nazirat nənənin 102 yaşı tamam olur." - deyə Qusar İB-nin 1-ci müavini Şahid Fərəməzov bildirib.
Bizimlə söhbətində Qusarın ən yaşlı sakini Azərbaycan xalqına yeni il arzularini öz milli dilində belə çatdirdi.
"Dünya salamat olsun. Əmin-amanlıq olsun. Hamiya can sağlığı arzulayiram. Hamı bəxtli olsun, uzun ömürlü olsun." - deyə Nazirat nənə ləzgi dilində qeyd edib.
Yaddaşından şikayət etməyən Nazirat nənə ermənilərə olan nifrətini də gizlətmədi.
3 övladı, 10 nəvəsi, 22 nəticəsi olan 102 yaşlı Nazirat nənənin şərəfinə rayondan gətirilmiş bayram tortu da onun əli ilə kəsildi.
Qusarın ən uzunömrlü Nazirat nənəsinə biz də yeni ildə can sağlığı arzulayırıq.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər