BolgeXeber.Com » Xəbərlər » Nəqliyyat nazirliyi ləğv olunur - İDDİA

Nəqliyyat nazirliyi ləğv olunur - İDDİA

4-01-2016, 14:45
Oxunub: 3 578 Nəqliyyat nazirliyi ləğv olunur - İDDİABelə ki, o, bundan sonra baş nazirin müavini vəzifəsinə təyin ediləcək

Özəl mənbədən Cebhe.info-ya daxil olan məlumata görə, yaxın günlərdə Azərbaycan Nəqliyyat Nazirliyinin ləğv olunması ehtimalı var. Məlumata görə, qurumun ləğv edilməsi ilə nəqliyyat naziri Ziya Məmmədov yeni vəzifəsinin icrasına başlayacaq. Belə ki, o, bundan sonra baş nazirin müavini vəzifəsinə təyin ediləcək. Onun Abid Şərifovu əvəzləyəcəyi deyilir. Bura qədər səlahiyyətləri tamamilə məhdulaşdırılan Nəqliyyat Nazirliyinin yerinə alternativ qurum da nəzərdə tutulmayıb. “Azəryolservis”, Bakıda sərnişindaşıma, yol çəkilişi, “Azərbaycam Dəmir Yolları” artıq Ziya Məmmədovdan alınıb. Daha əvəllər isə taksi fəaliyyəti üçün lisenziya verilməsi Nəqliyyat Nazirliyindən alınaraq ASAN Xidmətə verilib. Həmçinin Ziya Məmmədovun nəzarətində olan “Transgeyt” şirkətinə məxsus marşrut avtobusları xətdən çıxarılıb. Ziya Məmmədov Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyində edilən dəyişikliklə bu obyekti də itirmişdi. Hazırda son qərar nazirliyin birdəfəlik ləğvi, Ziya Məmmədovun baş nazirin müavini vəzifəsinə təyin edilməsilə bağlıdır.
Bolgexeber.com